Ana səhifə / Cəmiyyət / BU GÜN TANINMIŞ RƏSSAMIN “YURD HƏSRƏTİ” ADLI FƏRDİ SƏRGİSİ KEÇİRİLƏCƏK

BU GÜN TANINMIŞ RƏSSAMIN “YURD HƏSRƏTİ” ADLI FƏRDİ SƏRGİSİ KEÇİRİLƏCƏK

Bu gün Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Səyyar Əliyevin “Yurd Həsrəti” adlı fərdi sərgisi açılacaq.
Bu barədə AZƏRTAC-a məlumat verən sənətkar bildirib ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq.
70-dək sənət əsərinin yer aldığı sərgidə fırça ustasının abstrakt əsərləri, realist işlər və peyzaj janrında çəkdiyi rəsmlər nümayiş olunacaq.

Həmçinin, fəlsəfi yanaşma, vətənpərvərlik, xeyirxahlıq, insansevərlik kimi mövzuların nümayiş olunduğu əsərlər arasında rəssamın “Müqəddəs torpaq”, “Ruhların səsi”, “Xarı bülbülün faciəsi” “Xarı bülbülün səsi”, “Şuşa faciəsi” və başqa mövzularda işlədiyi rəsmləri də yer alıb.

Sərgidə iştirak üçün bütün KİV-lər dəvətlidir.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın