Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “Bu gün təhsil müəssisələrində ilk dərs Xocalıya həsr olunur” – Nazir

“Bu gün təhsil müəssisələrində ilk dərs Xocalıya həsr olunur” – Nazir

“Xalqımızın yaddaşında dərin izlər buraxmış faciədən 29 il ötür. Xocalı soyqırımı erməni işğalçılarının iki yüz ildən artıq tətbiq etdikləri məkrli siyasətin ən qanlı səhifəsidir”.

Bu barədə Təhsil naziri Emin Əmrullayev bildirib.

“Bu gün qələbə qazanmış Vətənin qəhrəman övladları illər boyu məruz qaldığımız soyqırımların gətirdiyi dəhşətin təsirlərini qəlblərinə köçürüblər. Hər il 26 fevral tarixində bütün təhsil müəssisələrimizdə ilk dərs Xocalıya həsr olunur. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş hər bir həmvətənimizin xatirəsini uca tuturuq. Soyqırım qurbanlarını dərin hörmətlə anırıq. Allah rəhmət eləsin!”, – nazir əlavə edib.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …