Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Bu dövlət qurumunda rəhbərlik uğrunda mübarizə gedir

Bu dövlət qurumunda rəhbərlik uğrunda mübarizə gedir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb ki “İnnovasiyalar həftəsi” keçirəcək. Amma bu qurum nəzdində yaradılan İnnovasiya Agentliyi indiyədək də fəaliyyətə başlamayıb, rəhbəri də təyin olunmayıb.

“Yeni Sabah” xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib. O, bildirib ki, görünən odur ki innovasiyalar və startaplarla əlaqəli tənzimləyici səlahiyyətlər Prezident Administrasiyası, KOBİA və VXSİ Dövlət Agentliyinə verilir.
“Elə son dövrlərdə, vergi güzəştlərinin şamil olunması ilə əlaqəli StartapŞəhadətnamələrinin verilməsi ilə bağlı səlahiyyət də KOBİA-ya verilib.
İnnovasiyalar sahəsində ümumi Kordinasiya isə bir müddət öncə Prezident fərmanı əsasında Prezident Administarsiyasına verilib.
Belə olan halda düzü mən bilmirəm NRYTN yanında İnnovasiya Agentliyi hansı səlahiyyətlərə malik olacaq.
Proses də xeyli uzanır.
Xatırlayıram ki, ilk dəfə elektron hökumətlə əlaqəli Dövlət Agentliyi də 7 il öncə Prezident Fərmanı ilə bu Nazilrik tabeliyində yaranmışdı. 
Lakin Nazirliyin o zamankı rəhbərliyi uzun müddət bura rəhbər təyin edə və fəaliyyətini təşkil edə bilmədiyinə görə Prezident bu Agentliyi ləğv edib ASAN-nı yaratmış və sahə üzrə səlahiyyətlərin də xeyli hissəsini yeni yaranan VXSİ Dövlət Agentliyinə vermişdi. Sonradan baş verənlər göstərdi ki, atılan addım çox doğru olub.
İndi də xeyli vaxtdır ki, NRYTN yanında İnnovasiya Agentliyi yaradılıb, lakin fəaliyyətə başlamayıb, daha doğrusu NRYTN onun fəaliyyətini təşkil edə bilmir, rəhbərinin təyin edilməsi ilə bağlı zəruri addımlar atmır. Rəhbərlik uğrunda da gizli mübarizə davam edir.
Odur ki, yuxarıdakı təcrübəni yada salaraq, NRYTN rəhbərliyinə xatırlatmağı borc bilirəm ki, Agentliyin ləğv edilməsi təcrübəsi artıq mövcuddur”. 

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …