Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Bu əməllər dövlətə qarşı xəyanətdir… – Professor

Bu əməllər dövlətə qarşı xəyanətdir… – Professor

“Bu, dövlətin pandemiya ilə bağlı siyasətinə bir zərbədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla “Yeni klinika” və Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalın baş həkiminin həbsindən danışarkən deyib. Professor bunu dövlətə qarşı xəyanət hesab edir:
“Hesab edirəm ki, bu, həm də insanların hökumətə, dövlətə etibarının azalmasına yönələn bir cinayət əməlidir. İkinci dalğada biz dərmanların qiymətlərinin süni şəkildə artırılması, vəziyyətdən sui-istifadə edilməsi, insanların çarəsiz durumundan öz maraqları üçün yararlanması halarını gördük. Bunlar cəzasını qalmamalıdır. Virusun ikinci dalğasının yayıldığı zamanda insanlar arasında bütün bunlarla bağlı şayiələr gəzirdi. Yəni, onlar əsassız da deyil. Hüquq-mühafizə orqanları bu cür həbsləri konkret məlumatlar əsasında həyata keçiriblər”.
Professor bu şəbəkənin, onun bütün qollarının və şəbəkəyə rəhbərlik edənlərin hər birinin fəaliyyətinin araşdırılmalı olduğunu xüsusi ilə vurğulayıb.

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …