Ana səhifə / Cəmiyyət / BTQ-nin işə düşməsində bir vacib detal… – Osman Gündüz

BTQ-nin işə düşməsində bir vacib detal… – Osman Gündüz

Bu gün bir neçə dövlət başçısının da iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə bağlı təntənəli mərasim keçirilib.

Bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib.

Onun sözlərinə görə, bu beynəlxalq layihə Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, kommunikasiyanın birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılması baxımından ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edir: “Eyni zamanda fikrimcə gələcəkdə başqa formada da bu Layihədən faydalanmaq imkanları mövcuddur.

Adətən bu tipli qlobal xətlərin kənarı boyunca yüksək ötürücülük qabiliyyətinə malik fiber-optik telekommunikasiya infrastrukturu da qurulur. Bu, əsasən dəmir yol qovşaqları arasında rabitə və informasiya münasibətləri məqsədi daşıyır.

Xatırlayıram ki, MDB-yə göstərilən texniki yardım –TASİS proqramı çərçivəsində Avropa İttifaqının qlobal TRASEKA layihəsində bu addım atılmışdı. Lakin sonradan bu xətt boyunca olan telekommunikasiya kanalından kommersiya məqsədləri üçün istifadəyə qadağalar qoyuldu.

Bildiyim qədər artıq Bakı-Tbilisi-Qars dəmir yolu xəti boyunca Gürcüstana qədər belə bir telekommunikasiya kanalı da çəkilib. Gürcüstandan isə Türkiyəyə qədər belə bit əvvəldən də mövcud idi. Örtürücülük qabiliyyətinin hədsiz yüksək, terabaytlarla olduğu bildirilir.

Belə olan halda düşünürəm ki, Azərbaycan bu telekommunikasiya infrastrukturundan 3-cü bəkbon kimi də istifadə edə bilərdi. Bəlkə də belə planlar var, amma bu haqda hər hansı rəsmi açıqlamalar verilməyib.

Strateji Yol Xəritəsində qarşıdakı illərdə ölkədə 3-cü bəkbon operatorun da yaradılması nəzərdə tutulub”. (Teleqraf.com)

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …