Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / BŞİH-in təşəbbüsü ilə bu gün Bakının bütün rayonlarında iməclik keçirilir

BŞİH-in təşəbbüsü ilə bu gün Bakının bütün rayonlarında iməclik keçirilir

Ölkə rəhbərliyinin yaşıllıqların mühafizəsi və Bakı şəhərinin görkəminin qorunması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq şəhərimizdə ərazilərin təmizlik-abadlığı ilə bağlı iməcliklər keçirilib.

Bu iməcliklərdən biri də Nərimanov rayonunda təşkil olunub. Rayon ərazisində bütün mərkəzi prospektlər, küçələrdə təmizlik-abadlıq işləri aparılıb.

Belə ki, rayonun Heydər Əliyev prospekti, Atatürk prospekti, Həsənoğlu, A.Neymətulla küçələrində, F.X.Xoyski prospektində, Azadlıq prospekti, Xətai prospekti, Təbriz küçəsi və digər mərkəzi küçələrdə fəaliyyət göstərən obyektlərin vitrin şüşələri təmizlənmiş, küçələrdə qurumuş ağaclar budanmış, mövsümi gül kolları dəyişdirilmiş, səkilər və ağaclar su ilə yuyulmuş və yaşıllıqlara aqrotexniki xidmətlər göstərilib.

Ərazidə olan yaşıllıqlara daimi qulluq göstərilməsi məsələləri Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
Aksiya çərçivəsində küçələrdə olan qanunsuz küçə ticarəti təmizlənmiş, metroların giriş-çıxışları yuyularaq təmizlənmişdir.
Bu işlər hər həftənin şənbə günləri davam etdiriləcək.

Ümumilikdə rayon ərazisində keçirilən iməclikdə 2,5 mindən çox rayon təsərrüfatı xidməti işçiləri, idarə, təşkilat, ictimaiyyət nümayəndələri iştirak edib.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …