Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Braziliyalı uşağın əsgərlərimizə yardım kimi göndərdiyi şirniyyat pulu ünvanına çatdı

Braziliyalı uşağın əsgərlərimizə yardım kimi göndərdiyi şirniyyat pulu ünvanına çatdı

Xəbər verdiyimiz kimi, Braziliyanın Marlon adlı azyaşlı sakini Azərbaycan əsgərlərinə məktub yazıb.

Xatırladaq ki, azyaşlı Azərbaycan Ordusunun Qarabağın işğaldan azad edilməsi ilə bağlı keçirdiyi hərbi əməliyyatlarla maraqlanıb.

Marlon Ordumuzun torpaqlarımız uğrunda apardığı döyüşlərdə iştirakına dəstək üçün hərçilərimizə üzərində Azərbaycan bayrağının rəsmi və ürək sözləri olan məktub göndərib. Marlon əsgərlərimizə həmçinin yığdığı xərcliyini də göndərib və xahiş edib ki, həmin pula onlara şirniyyat alınsın.

Virtualaz.org bildirir ki, artıq sözügedən pula lazımi şirniyyatlar alınıb və ön xətdəki əsgərlərimizə çatdırılıb.

Əsgərlərimiz öz növbəsində azyaşlı braziliyalıya minnətdarlıq ediblər. Onlar torpaqlarımızın işğaldan azad edilməsindən sonra Marlonu Qarabağa dəvət edəcəklərinə söz veriblər.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …