Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / BMT-nin ye­ni baş ka­ti­bi Qa­ra­ba­ğa yö­nə­lik si­ya­sə­ti də­yiş­di­rə bi­lər…

BMT-nin ye­ni baş ka­ti­bi Qa­ra­ba­ğa yö­nə­lik si­ya­sə­ti də­yiş­di­rə bi­lər…

“Yax­şı olar­dı ki, An­to­nio Qut­yer­res məhz qət­na­mə­lə­rin ic­ra­sı ilə bağ­lı iş­lər­dən baş­la­sın”

BMT-nin ye­ni se­çil­miş baş ka­ti­bi Dağ­lıq Qa­ra­bağ prob­le­mi­nin həl­li is­ti­qa­mə­tin­də əv­vəl­ki sə­lə­fin­dən bir qə­dər fə­al ol­du­ğu tə­si­ri­ni ba­ğış­la­yır. Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev fev­ra­lın 18-də Mün­hen­də Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı­nın baş ka­ti­bi An­to­nio Qut­yer­res ilə ke­çir­di­yi gö­rüş­də o, Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si ilə bağ­lı da­nı­şıq­lar pro­se­si­nin ha­zır­kı və­ziy­yə­ti və perspek­tiv­lə­ri ilə ma­raq­la­nıb.
Pre­zi­dent İl­ham Əli­yev bu mə­sə­lə ilə bağ­lı BMT-nin baş ka­ti­bi­nə mə­lu­mat ve­rib. Döv­lət baş­çı­sı hə­lə ki, da­nı­şıq­lar pro­se­sin­də cid­di irə­li­lə­yi­şin ol­ma­ma­sın­dan tə­əs­süf­lən­di­yi­ni bil­di­rib. Son za­man­lar Er­mə­nis­tan tə­rə­fi­nin da­nı­şıq­lar­da az qa­la kö­nül­süz iş­ti­rak et­di­yi­ni, mü­na­qi­şə­nin həl­li is­ti­qa­mə­tin­də əl­də olu­nan mü­əy­yən ra­zı­laş­ma­la­rı poz­du­ğu­nu de­yib.
An­to­nio Qut­yer­res Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li pro­se­sin­də əsas şərtlə­rin nə­dən iba­rət ol­ma­sı ilə ma­raq­la­nıb. Döv­lət baş­çı­sı bil­di­rib ki, Dağ­lıq Qa­ra­bağ ət­ra­fın­da­kı 7 ra­yon iş­ğal­dan azad edil­mə­li, qaç­qın­lar və məc­bu­ri köç­kün­lər doğ­ma yurdla­rı­na qa­yıt­ma­lı, böl­gə­də sülhmə­ram­lı qüv­və­lər yer­ləş­di­ril­mə­li­dir. Məhz bun­dan son­ra Dağ­lıq Qa­ra­ba­ğın sta­tu­su­na da­ir re­fe­ren­du­mun ke­çi­ril­mə­si müm­kün­dür. Pre­zi­dent İl­ham Əli­yev BMT-nin və baş ka­tib An­to­nio Qut­yer­res möv­cud və­ziy­yə­tə mü­da­xi­lə edib pro­se­sin sü­rət­lən­mə­si­nə da­ha ya­xın­dan tə­kan ver­mə­si­nin əhə­miy­yə­ti­ni vur­ğu­la­yıb.
Bu­nun ar­dın­ca BMT-nin baş ka­ti­bi Av­ro­pa­da mü­na­qi­şə­lə­rin həll olun­ma­sı­na həsr edi­lən BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın ic­la­sın­da Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin ni­zam­lan­ma­sı üz­rə səy­lə­ri güc­lən­dir­mə­yə ça­ğı­rış edib. Onun söz­lə­ri­nə gö­rə, 2008-ci il­də Gür­cüs­tan­da və 2014-cü il­də Uk­ray­na­da baş ve­rən böh­ran­lar gös­tə­rir ki, Av­ro­pa ye­ni mü­na­qi­şə ocaq­la­rın­dan sı­ğor­ta­lan­ma­yıb.
Baş ka­tib qeyd edib ki, Av­ro­pa­da­kı mü­na­qi­şə­lə­rə aid tez-tez iş­lə­nən “don­du­rul­muş mü­na­qi­şə” ter­mi­ni yan­lış­dır: “Sülh sa­ziş­lə­ri im­za­la­nıb re­al­laş­dı­rıl­ma­ya­na qə­dər zo­ra­kı­lı­ğın bər­pa olun­ma­sı ris­qi qa­la­caq. Biz ke­çən ilin ap­re­lin­də Cə­nu­bi Qaf­qaz­da, Dağ­lıq Qa­ra­bağ­da bu­nun şa­hi­di ol­duq”.
BMT baş ka­ti­bi, həm­çi­nin, bil­di­rib ki, bey­nəl­xalq ic­ti­ma­iy­yət, BMT Ni­zam­na­mə­si­nə uy­ğun ola­raq, sül­hün qo­ru­nub sax­lan­ma­sı üz­rə kol­lek­tiv ya­naş­ma­nı güc­lən­dir­mə­li­dir.
BMT-nin ye­ni baş ka­ti­bi­nin bu sə­viy­yə­də fə­al­lı­ğı hə­min qu­ru­mun çı­xar­dı­ğı və bir­ba­şa konflik­tə ai­diy­yə­ti olan 4 qət­na­mə­nin ic­ra­sı ilə nə­ti­cə­lə­nə bi­lər­mi?
Po­li­to­loq Fik­rət Sa­dı­qov qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, BMT-nin ye­ni baş ka­ti­bi­nin fə­a­liy­yə­tin­də bi­zi qa­ne edən mə­qam­la­ra rast gə­li­nir: “Çox se­vin­di­ri­ci hal­dır ki, onun ye­ni və­zi­fə­si­nin ic­ra­sı­na baş­la­dı­ğı dövrdə ilk bə­ya­na­tı bi­zi əha­tə edən konfliktlə bağ­lı olub. Müs­bət amil­lər on­dan iba­rət­dir ki, hə­min şəxs konfliktlə ya­xın­dan ta­nış­dır. Keç­miş və­zi­fə­lə­ri­ni ic­ra edən za­man tez-tez Azər­bay­ca­na sə­fər­lər edib. Onun ha­zır­da ic­ra et­di­yi və­zi­fə çox bö­yük sə­la­hiy­yət­lə­rə ma­lik­dir. Bu­ra­da şəx­siy­yət ami­li­nin də ro­lu bö­yük­dür. Dün­ya­da­kı konfliktlə­rin həl­lin­də biz tə­şəb­bü­sü üzə­ri­nə gö­tü­rən dip­lo­mat­la­ra çox rast gəl­mi­şik. Məhz hə­min sülh plan­la­rı da sə­mə­rə­li səy­lər gös­tə­rən dip­lo­mat­la­rın adı ilə bağ­lı olub. Bu ba­xım­dan da he­sab edi­rəm ki, ye­ni baş ka­tib səy gös­tər­sə, konkret nə­ti­cə­yə na­il ola bi­lər. Yal­nız bə­ya­nat­la ki­fa­yət­lən­mək ol­maz. Çün­ki in­di­yə ki­mi biz çox bə­ya­nat­la­ra rast gəl­mi­şik. Yax­şı olar­dı ki, Qu­ter­reş məhz qət­na­mə­lə­rin ic­ra­sı ilə bağ­lı iş­lər­dən baş­la­sın. On­da konkret nə­ti­cə­ni gö­rə­rik”.
BMT Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si tə­rəf­lə­ri­ni da­vam­lı və hər­tə­rəf­li da­nı­şıq­lar pro­se­si­nin bər­pa­sı üçün si­ya­si ira­də nü­ma­yiş et­dir­mə­yə ça­ğı­rıb. APA-nın mə­lu­ma­tı­na gö­rə, bu ba­rə­də BMT baş ka­ti­bi­nin Av­ro­pa­da­kı mü­na­qi­şə­lər­lə bağ­lı qu­ru­mun Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın açıq de­bat­la­rı­na təq­dim olu­nan qeydlə­rin­də de­yi­lir.
Baş ka­tib An­to­nio Qut­yer­res bil­di­rib ki, bu ki­mi mü­na­qi­şə­lə­rə da­ir is­ti­fa­də olu­nan “don­du­rul­muş mü­na­qi­şə” ifa­də­si yan­lış­lı­ğa apa­rır: “Sülh mü­qa­vi­lə­si im­za­lan­ma­sa və tət­biq edil­mə­sə, zo­ra­kı­lı­ğın ye­ni­dən baş­la­ma­sı ris­qi qa­lır. Biz bu­na Cə­nu­bi Qaf­qaz­da, Dağ­lıq Qa­ra­bağ­da ötən ilin ap­re­lin­də şa­hid ol­duq. BMT ATƏT-in Minsk Qru­pu­nun səy­lə­ri­ni tam dəs­tək­lə­yir. Biz mü­na­qi­şə tə­rəf­lə­ri­ni gər­gin­li­yin azal­dıl­ma­sı­na və mü­na­qi­şə­nin qar­şı­sı­nın alın­ma­sı­na da­ir ra­zı­laş­dı­rıl­mış təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­nə ça­ğı­rı­rıq”.
A.Quttyer­res de­yib ki, tək­cə atəş­kəs re­ji­mi­nin güc­lən­di­ril­mə­si və əv­vəl­ki öh­də­lik­lə­ri ye­ri­nə ye­tir­mək­lə bağ­lı yox, da­vam­lı və hər­tə­rəf­li da­nı­şıq­lar pro­se­si­nin bər­pa­sı üçün də tə­rəf­lər si­ya­si ira­də nü­ma­yiş et­dir­mə­li­dir.
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Bu il Kann Film Festivalına ölkəmiz də qoşulur

77-ci Kann Film Festivalının qısa filmlər üzrə əsas müsabiqəsində Azərbaycan da yarışacaq. AzVision.az xəbər verir ki, …

Bir cavab yazın