Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Biznesmen 14 yaşlı oğlunun öldürdüyü qadının ailəsinə TƏZMİNAT ÖDƏYİB

Biznesmen 14 yaşlı oğlunun öldürdüyü qadının ailəsinə TƏZMİNAT ÖDƏYİB

2 gün əvvəl Bakının Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmamış Ağəli Fərəclinin idarə etdiyi “Porsche Cayenne Magnum” markalı, 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobillə vurub öldürdüyü qadının meyiti ailəsinə verilib. Lent.az xəbər verir ki, Gürcüstan vətəndaşı, 1992-ci il təvəllüdlü Məmmədova Xəyalə Ənvər qızının nəşi bu gün günorta saatlarında ailəsinə verilib.

X.Məmmədovanın ailəsindən bildirilib ki, hadisəni törətmiş yeniyetmənin biznesmen atası Füzuli Fərəcov onlara xeyli köməklik edib və meyitin götürülüb yola salınması ilə bağlı bütün xərcləri, eləcə də dəfn mərasimi ilə bağlı müəyyən məsələlərin həllini üzərinə götürüb.

O da məlum olub ki, X.Məmmədova iki körpə qızı ilə Bakının müxtəlif yerlərində kirayə yaşayıb. Təxminən 6 ay əvvəl isə o, uşaqları ilə birgə Zığda kirayə ev tutaraq ora köçüb. Mayın 6-da X.Məmmədovanın 25 yaşı tamam olacaqmış.

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …

Bir cavab yazın