Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / “Biz bəzən məktəbi yox, direktoru qoruyuruq, məktəbi həmişə direktora qurban veririk…”

“Biz bəzən məktəbi yox, direktoru qoruyuruq, məktəbi həmişə direktora qurban veririk…”

Nəyi qurban verək?

162 n-li məktəbdə baş verən faciəni müzakirə etmək üçün media nümayəndələri BMM-də yığışmışdı. MM deputatı hörmətli Aflatun Amaşov açılış çıxışında qeyd etdi ki, cəmiyyətdə iki mövqə var. Bir qrup insanlar deyir ki, cəmiyyətdə baş verən hadisələri jurnalistlər birmənalı yazmalıdır. Digər qrup insanlar isə deyirlər ki, bəzi hadisələr mətbuatda müzakirə edilməməlidir. Bu müzakirələr cəmiyyətimizə nə vəd verir?

Mən ikinci qrup insanların tərəfindəyəm. Cəmiyyətdə baş verən hər şeydən yazmaq olar. Amma keçmiş və indiki nəsillərin yaratdığı dəyərlər sistemi tənqid hədəfi olmamalıdır. Misal üçün “flan nazir oğluna, filan deputat qızına nişan toyu etdi ”. Bunları yazmaq olar və lazımdır. Amma Xəlil Rza, Səməd Vurğunun və ya Bəxtiyar Vahabzadənin şəxsiyyətinə kölgə salan məqalə yazılmamalıdır.

Çünki onlar milli dəyər yaradıcılarıdır. Qayıdaq Elinanın bədbəxt taleyinə. Bu məsələdə direktoru, müəllimi, valideyinləri və onlarla digər insaları tənqid etmək olar, ancaq məktəbi gözdən salmaq olmaz. Məktəb zülümətləri işıqlandırır. İşıq isə dəyərdi. Məktəb də dəyərdi. Kimi nəyə qurban verək, direktoru məktəbə, yoxsa məktəbi direktora? Əlbətdə direktoru məktəbə.Çünki, direktor doğulandır- öləndir. Ancaq məktəb doğulsa da öldürməsən ölməz. Öləni yox, ölməzi qorumalıyıq.Əsas məqsədimiz məktəbi qorumaqdır.

Çox təssüf ki, biz bəzən məktəbi yox, direktoru qoruyuruq. Bu bizim milli təhsil sistemimizin əsas qüsurudur. Məktəbi həmişə direktora qurban veririk.Elinanın hadisəsində bütün aidatı qrumlar (təhsil, səhiyyə, idarəetmə) məktəbi yox, direktoru qorumağa cəhd etdilər. Nəticədə zavallı qızcığaz dünyasın dəyişdi. Direktoru yox, məktəbi qorumaq lazım idi. Məktəblərdə əxlaqa zidd hadisələr ona görə baş verir ki, biz məktəbi yox, direktoru qoruyuruq. Məktəb dəyərdi, onu gözdən salmaq olmaz. Məktəbin təssübünü millət, ziyalılar çəkməlidirlər. Məktəbin bu işdə heç bir günahı yoxdur. Onu günahkar sayıb pəncərələrin mismarlamaq müdrüklükdən kənar addımdır. Elektrik cəryanı da insanı vurub öldürür, amma heç yerdə bu “cinayətə” görə elektrik xətlərini söküb dağıtmırlar. Sadəcə elektriklə davranışı öyrədirlər. Məktəbdə şagirdlərlə işləməyi bacarmaq lazımdır. Məktəbi, şagirdi sevən, məsulliyyətin bilən müəllimlər içərisindən direktor seçilib təyin edilməlidir. Belə hadisələr məktəbi gözdən salır, etimadı itirir. Bu isə bizə yox, düşmənlərimizə xeyirdi. Ulu öndər Heydər Əliyev YAP yaradılmasının 10 illiyində söyləmişdir: “Azərbaycan elə bir ölkədir ki, indi bir çox xarici dövlətlərin həm maraq dairəsinə çevrilibdir, həm də öz coğrafi-strateji vəziyyətinə, təbii sərvətlərlə zənginliyinə görə müxtəlif ölkələrindiqqətini cəlb edir. Ona görə, biz mürəkkəb bir şəraitdə yaşayırıq. Siz bunu bilin”.

Bu mürəkkəb şəraitdə bizim dəyərlər sistemimizi dağıtmaq istəyirlər. Misal üçün kvant psixoloqu Gülnara İnanc Modern.az saytına geniş müsahibəsində deyir: “Düşünürəm ki, Qərbdəki yanaşma, yəni əvvəlcə qızla oğlanın bir yerdə yaşayıb, cinsi əlaqədə olub, sonra evlənməsi daha doğrudur”. Diqqət yetirin: bakirəlik müsəlman Şərqində dəyərdi, Qərbdə isə bu dəyər deyil. Bu xanım dəyərimizi dəyərsizləşdirmək istəyir. Qısası, bizim dəyərlər sistemimiz çox tərəfdən (həm daxildən, həm xaricdən) nişan altındadır. Biz bunu bilməliyik.

Şahlar Əsgərov, professor, əməkdar elm xadimi

Həmçinin oxuyun

Hüseynbala Mirələmov: “Hadi Rəcəbli 70 illik dostum idi”

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin sabiq deputatı Hadi Rəcəbli 76 yaşında dünyasını dəyişib. …