Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Birlik sədri “Bakcell”in dələduzluğunu ictimailəşdirdi – Açıqlama + Şikayət

Birlik sədri “Bakcell”in dələduzluğunu ictimailəşdirdi – Açıqlama + Şikayət

“Bakcell” mobil operatorundan “Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) şikayətlər davam edir.

Mia.az xəbər verir ki, bu barədə birliiyin sədri Eyyib Hüseynov məlumat verib.

Onun sözlərinə görə, mobil operatorların istehlakçı hüququnu pozması barədə AİİB-ə çoxsaylı müraciətlər olur:

“Sonuncu iki şikayət “Bakcell” mobil opearotoru ilə bağlıdır. Ərizənin məzmununu nəzərinizə çatdıraraq qeyd edirik ki, istehlakçı hüquqlarının pozulmasına dair AİİB-ə daxil olan şikayətlərin 80%-i AİİB tərəfindən danışıq yolu ilə həll olunsa da, mobil operatorlarla bu mümkün olmur. Təəssüf ki, istehlakçı hüquqlarını qorumağa cavabdeh olan dövlət qurumları da mobil operatorların bu əməllərinə sədd çəkə bilmir”.

Sonuncu şikayətlərlə bağlı AİİB İqtisadiyyat Nazirliyinə və Rabitə Nazirliyinə rəsmi müraciətlər ünvanlayıb.

Həmin məktubu da təqdim edirik:

“”Azad İstehlakçılar” İctimai Birliyinin sədri cənab Eyyub Hüseynova, Binəqədi rayonu, 7-ci mkr, F.Məlikov küçəsi 31/24 ünvanda yaşayan Salehova Nəcibə tərəfindən

Ərizə

Yazıb Sizə bildirmək istəyirəm ki, təxminən 3 ay olar ki, yəni 2016-cı ilin oktyabr ayından Bakcell şirkəti tərəfindən gecələr mənim balansımdan 0.10 AZN, 0.07 AZN, 0.39 AZN pul çıxılır, daha doğrusu oğurlanır. Balansımda məbləğ çox olanda bunun fərqinə varmıram. Amma balansımdakı məbləğ az olanda səhər balansımdakı məbləğin azaldığını görürəm. Həm də telefonumun ekranında balansımdan pul çıxıldığı haqqında bildiriş də gəlir. 

Artıq 2 dəfə Bakcellə bu barədə telefonla şikayət etmişəm. Onlar mənim ödənişli xidmətlə abunə olduğumu bildiriblər. Qisaca məni “yola veriblər”.

Axı mən bilirəm ki, mən ödənişli xidmətlərə abunə deyiləm. 1 dəfə isə səhvlərini boyunlarına alıb, səhvən çıxıldığını bildiriblər. 1 həftədən sonra mesajla 0.07 AZN-in balansıma oturulduğunu bildiriblər.

Artıq mən onlara şikayətimi bildirmək üçün 0.15 AZN kontur işlətmişdim. Və bu problemi yaşayandan bəri dəfələrlə, 5595-ə STOP yazıb göndərmişəm ki, əgər xəbərim olmadan Bakcell və ya Bakcellə müqavilə bağlayıb, insanların cibinə girən “şirkətlər” ödənişli xidmətlərə abunə ediblərsə də, nömrəm həmin mesajlardan deaktiv olunsun. Lakin yenə də, mənim balansımdan kontur silinir. Və hesablayanda ki, 3 aydan çoxdur ki, (mən fərqinə vardığım 3 aydır, bəlkə də ondan çox qabaq çıxılır) mənim balansımdan Bakcell pul oğurluyur, bu elə də az məbləğ etmir, mənim üçün. 

Xahiş edirəm, bu vaxta kimi mənim balansımdan oğurlanan məbləğ mənim balansıma qaytarılsın. Bu barədə müvafiq dövlət orqanlarına və KİV-ə məluma verilsin.

İmza: Salehova Nəcibə”.

Mia.az

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın