Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Birinci vitse-prezident DTX-nin hərbi hissəsinə gəldi – FOTOLAR

Birinci vitse-prezident DTX-nin hərbi hissəsinə gəldi – FOTOLAR

Dekabrın 31-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Azinforum.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından hərbi hissənin şəxsi heyətini təbrik edib, Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində zabit və əsgərlərə uğurlar arzulayıb.

Tədbirdən çəkilmiş fotolarda DTX-nin N saylı hərbi hissəsində xidmət keçən Prezident İlham Əliyevin oğlu əsgər Heydər Əliyev də yer alıb.

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …