Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “Birinci Qarabağ Müharibəsi olmayıb, yalandır” – Çingiz Abdullayevdən daha bir qalmaqal – VİDEO

“Birinci Qarabağ Müharibəsi olmayıb, yalandır” – Çingiz Abdullayevdən daha bir qalmaqal – VİDEO

“Birinci Qarabağ Müharibəsi olmayıb, bu, yalandır”.

Bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev ötən gün Sumqayıtda oxucuları ilə görüşündə deyib.
O, oxucularından “Birinci Qarabağ Müharibəsi” ifadəsini işlətməməsini xahiş edib: “Birinci Qarabağ Müharibəsi deməyin! Bu müharibə olmayıb, yalandır.“Ermənilər Sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı alırdılar. Bizim ordumuz olmayıb. Xocalıya girən 366-cı alayda komandirlərin hamısı erməni idi. Əsl müharibə indi olub. 44 günlük müharibə ki, bizim müstəqil ordumuz olub, komandiri olub”.
Qeyd edək ki, onun bu sözləri sosial şəbəkələrdə tənqid və iradlara tuş gəlib.
Çingiz Abdullayevi qınayanlar bildiriblər ki, yazıçı “Birinci Qarabağ müharibəsi olmayıb” deməklə minlərlə şəhid, itkin, qazi və veteranın haqqı danıb. Bəziləri hətta Xalq yazıçısını üzrxahlıq etməyə çağırıblar.

https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2Fbakupost%2Fvideos%2F4742355115809404%2F&show_text=false&width=560&t=0

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …