Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Bir müəllim direktoru döyür, bir müəllim şagirdin başını divara vurur

Bir müəllim direktoru döyür, bir müəllim şagirdin başını divara vurur

“Çox təəssüf ki, son vaxtlar orta ümumtəhsil məktəblərində şagirdlərə qarşı fiziki zorakılıq halları artmaqdadır. Hətta bu, təkcə müəllimlərin şagirdləri döyməsi ilə deyil, eyni zamanda şagirdlər arasında kəsici və deşici alətlərdən istifadə etməklə bir-birinə xəsarət hallarını da müşahidə edirik. Bunlar yaxşı hadisələrdən xəbər vermir”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Bakıda 117 saylı orta məktəbdə müəllimin şagirdin başını divara çırpmasından danışarkən deyib. Ekspert hesab edir ki, Azərbaycanın ciddi təhsil islahatına ehtiyacı var:
“Konkret fakt üzərində əlavə edim ki, 117 saylı məktəbdə hazırda idarəetmdə ciddi boşluqlar var. Yəni biz bu sağlam olmayan mühitdə mütəmadi baş verən belə hadisələri eşitməkdə davam edəcəyik”.
Kamran Əsədov bildirib ki, sözügedən məktəbdə bu, ilk hadisə deyil:
“Həmin məktəbdə uzun illərdir ki, xaotik vəziyyət var. Burada təkcə müəllimin şagirdi döyməsi deyil, məktəb daxilində müəllimlər arasında vəziyyətin özü də bərbaddır.
Bir neçə ay öncə həmin məktəbdə çalışan müəlimlərin birinin övladı – həmin məktəbin riyaziyyat müəllimi direktoru döymüşdü. Bundan başqa, müəllimlər arasında mütəmadi mübahisələr baş verir.  Hazırda 117 saylı məktəbdə sağlam mühit yoxdur, bu birmənalıdır. Çox təəssüf ki, bu hadisə baş verib, bədən tərbiyyəsi müəllimi divarı yazdığına görə şagirdin başını divara vurub. Bu, ciddi haldır, şagirdi heç bir halda döymək, törətdiyi əməldən asılı olmayaraq ona qarşı fiziki zorakılıq tətbiq etmək olmaz. Bu, ciddi qüsurdur”. Qeyd edək ki, Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbin şagirdi bədən tərbiyəsi dərsi zamanı sinif yoldaşları ilə divarda şəkil çəkən zaman fənni tədris edən müəllimin zorakılığı ilə rastlaşıb. Müəllim şagirdin başını dəfələrlə divara çırpıb.

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …