Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Bir ayda 109 hərbi sursat zərərsizləşdirilib

Bir ayda 109 hərbi sursat zərərsizləşdirilib

Son bir ay ərzində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Balakən, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Xaçmaz, Xızı, Qazax, Tərtər, Zaqatala rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 602 221 kv/m (60,22 ha) ərazi yoxlanılıb, 109 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina (cəmi: 112 ədəd) və 18 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Agentliyin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, əməliyyatlarda 460 nəfər əməliyyat heyəti, 124 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib. İndiyədək cəmi 539 936 944 kv/m (53 993,69 ha) ərazi təmizlənmiş, 805 776 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Noyabr ayı ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 3 (üç), Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 18 (on səkkiz), Dövlət Sərhəd Xidmətindən (DSX) – 3 (üç) Rayon Polis şöbələrindən (RPŞ) – 2 (iki) müraciət daxil olub (cəmi: 26 çağırış).

Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları ilə birlikdə 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağcabədi, Balakən, Bərdə, Füzuli, Goranboy, Xaçmaz, Xızı, Qazax, Tərtər, Zaqatala rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 12 910 kv.m ərazi yoxlanılmış, 30 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilib, yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Həmçinin 2019-cu ilin noyabr ayı ərzində Bərdə və Cəllabad rayonları ərazisində baş vermiş partlayışlar zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …