Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Binəqədi Petrol” insanların həyatını təhdid edir

“Binəqədi Petrol” insanların həyatını təhdid edir

Yaşayış sahələrinin yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsində hər an böyük problemlər yarana bilər

 

Azadxan adlı iş adamına məxsus obyektin bir hissəsi hamam kimi fəaliyyət göstərir və massaj adı altında başqa-başqa işlər qeydə alınır

Statistika göstərir ki, yanacaqdoldurma məntəqələrində baş verən hadisələr daha çox istismar qaydalarının pozulması nəticəsində meydana çıxır. Buna görə də yanacaqdoldurma məntəqələrində işə qəbul olunmuş hər bir əməkdaşın ümumi texniki, o cümlədən yanğın təhlükəsizliyi qaydalarını mükəmməl bilməsi çox vacibdir.

İşə qəbul olunmazdan əvvəl əməkdaşın yanğın təhlükəsizliyi qaydalarının yanacaqdoldurma məntəqələrinə aid olan tələblərini bilməməsi yanğın və partlayışlara, digər qəzalara səbəb ola bilər. Bu məsələni səmərəli təşkil etməkdən ötrü yeni əməkdaşlar üçün işə başlamazdan əvvəl xüsusi kurslar təşkil etmək vacibdir. Təəssüf ki, bu gün ölkə ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin əksəriyyətinə bu qaydalara əməl edilmir. Üstəlik, yanacaqdoldurma məntəqələrinin əksəriyyətinin yeri düzgün seçilməyib. Müvafiq qanunvericiliyə əsasən, yanacaqdoldurma məntəqələrini yolkənarı sahələrdə, zonalarda mailliyi 40%-dən çox olmayan yol sahələrində salmaq, planda radiusu 1000 metrdən çox, uzununa profildə radiusu 10000 metrdən yuxarı olan qabarıq əyrilərdə, dəmir yol keçidlərindən 250 metrdən, körpü keçidlərindən 1000 metrdən yaxın olmayan yerlərdə, hündürlüyü 2 metrdən yuxarı olmayan tökmə torpaq sahələrində yerləşdirmək təhlükəsizlik baxımından məqsədəmüvafiqdir. Həmçinin bu cür obyektlərin layihələndirilməsi zamanı 1200 minik avtomobili üçün 1 yanacaqpaylama kolonkası nəzərə alınmaqla həyata keçirilməli və onların torpaq sahələrinin ölçüləri hektarla qəbul edilməlidir. Yeraltı maye yanacaq saxlama çənləri olan yanacaqdoldurma məntəqələrinin məktəbəqədər uşaq müəssisələrindən, stasionar müalicə müəssisələrindən, yaşayış, ictimai bina və qurğuların divarlarından ən azı 50 metr məsafədə tikilib-quraşdırılması tövsiyə olunur. Bu məsafə yanacaqpaylama kolonkalarından və yeraltı maye yanacaq saxlama çənlərindən hesablanmalıdır. Təhlükəsizliyi təmin etmək məqsədilə yüksək gərginlikli, yəni 1000V və daha yuxarı gərginliyə malik elektrik hava xətlərindən yanacaqdoldurma məntəqələrinə qədər olan məsafə 10 metrdən az olmamalıdır. Gərginlik və ya digər parametrlərdən asılı olmayaraq yüksək gərginlikli elektrik hava xətlərinin yanacaqdoldurma məntəqələrinin üzərindən keçməsi qadağandır.

Təhlükəsizliyin təmin olunması məqsədilə yanacaqdoldurma məntəqələri, həmçinin yeraltı və yerüstü magistral qaz kəmərlərindən müəyyən məsafədə aralı olmalıdır. Belə ki, yanacaqdoldurma məntəqələri diametri 300 mm və ondan az olan qaz kəmərlərindən 100 metr, diametri 300 mm-dən 600 mm-ə qədər olan qaz kəmərlərindən 150 metr, diametri 600 mm-dən 800 mm-ə qədər olan qaz kəmərlərindən 200 metr, diametri 800 mm-dən 1000 mm-ə qədər olan qaz kəmərlərindən 250 metr, diametri 1000 mm-dən 1200 mm-ə qədər olan qaz kəmərlərindən 300 metr, diametri 1200 mm-dən 1400 mm-ə qədər olan qaz kəmərlərindən isə 350 metr məsafədə tikilib-quraşdırılmalıdır. Yanacaqdoldurma məntəqələrinin qoruqların, təbii parkların, nəbatat bağlarının, dendroloji parkların və suqoruyucu zonaların ərazilərində, meşə torpaqları daxil olmaqla şəhərlərin yaşıllıq zonaları ərazisində, hidrometeoroloji stansiyaların mühafizə zolaqlarında, su təchizatı mənbələri və su kəməri qurğuları sahələrinin 1-ci sanitar mühafizə zolaqlarında, kurortların 1-ci sanitar mühafizə zolaqlarında, tarixi və mədəni abidələrin mühafizə zolaqlarında, sürüşmə, qruntların çökmə, sel axını, qar uçqunu və yaşayış sahələrinin zonalarında yerləşdirilməsi qadağandır. Buna baxmayaraq, bəzi iş adamları əlavə gəlir əldə etmək məqsədilə insanların həyatını təhlükəyə atırlar. Mətbuat səhifələrində dəfələrlə yanacaqdoldurma məntəqələrinin yaşayış binalarına yaxın məsafədə yerləşməsi məsələsi müzakirə olunub. Lakin əlaqədar dövlət qurumları indiyə kimi heç bir tədbir görməyiblər. Dünən etibarlı mənbələrdən aldığımız məlumatlara görə, Binəqədi rayonunun ərazisində fəaliyyət göstərən “Binəqədi Petrol” (BP) ətrafda yaşayan vətəndaşlar üçün əməlli-başlı təhlükə mənbəyidir: “Əvvəlcə onu deyim ki, bu yanacaqdoldurma məntəqəsi Azadxan adlı iş adamına məxsusdur. O, əslən İmişli rayonundandır. Bakıda yüzlərlə obyektinin olduğu bildirilir. Biznesmen ölkəmizin mövcud qanunlarını pozmaqla bir neçə il əvvəl fərdi yaşayış sahələrinin olduğu ərazidə yanacaqdoldurma məntəqəsi tikdirib. Məntəqə ilə yaşayış evlərinin arasındakı məsafə heç 5 metr deyil. Bu isə o deməkdir ki, insanların həyatı üçün böyük təhlükə var. Nə vaxtsa burda qəza, yaxud digər xoşagəlməz hadisə baş versə, yanacaqdoldurma məntəqəsində işləyən işçilərlə yanaşı, ətrafda yaşayan yüzlərlə insanın həyatı puç ola bilər. Müxtəlif dövlət orqanlarının nümayəndələri bir neçə dəfə gəlib bura baxıb iradlarını bildiriblər. Azadxan adlı iş adamı isə hansısa yollarla həmin şəxsləri razı salmağı bacarıb”. Məlumatlı mənbə həmçinin vurğulayır ki, yanacaqdoldurma məntəqəsinin bir hissəsi hamam kimi fəaliyyət göstərir: “Hamam da Azadxan adlı biznesmenin nəzarəti altındadır. Burda massaj adı altında başqa-başqa işlər cərəyan edir. Hamamdakı qızların müştərilərə massaj, yoxsa başqa xidmət göstərdikləri dəqiq bilinmir. Bunu ancaq aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırıb tapa bilərlər. İş adamının ofisi Binəqədidə yanan binanın birinci mərtəbəsində yerləşir. 10 LL 272 dövlət nömrə nişanı ilə ağ rəngli 5.7 “Lexus” sürən biznesmen qanunları ayaq altına atmaqdan çəkinmir. Bu adam puluna, eyni zamanda adını tez-tez hallandırdığı vəzifəli şəxslərdən birinə güvənir. Elə bu səbəbdən ürəyi nəyi istəyirsə onu da edir”.

Başqa bir iddiaya əsasən iş adamının müxalifətin aktiv nümayəndələrindən bir neçəsi ilə yaxın əlaqəsi var. Bu barədə növbəti saylarımızda ətraflı məlumat verəcək, Azadxan adlı biznesmenin qarşıdan gələn parlament seçkiləri ilə bağlı planlarından və avtosalonundan danışacağıq. Bizi izləyin.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Gundelikbaku.com

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın