Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Bilmirsən, qızdır, ya oğlan: Azərbaycan kişilərində nəyi bəyənmirsiniz? – VİDEO

Bilmirsən, qızdır, ya oğlan: Azərbaycan kişilərində nəyi bəyənmirsiniz? – VİDEO

Bu gün Beynəlxalq Kişilər günüdür. Beynəlxalq kişilər günü ilk olaraq 1999-cu ildə Trinidad və Tobaqo adasında (Karib dənizi adaları) yaranıb. 

Bu günün qeyd olunmasında məqsəd kişilərin sağlamlıq məsələlərinə köklənmək, genderlərarası münasibəti təkmilləşdirmək, gender bərabərliyinə yardım etmək və müsbət kişi rol-modelini vurğulamaqdır.

Bu, kişilərə qarşı olan ayrıseçkiliyi nəzər çatdırmaq və onların cəmiyyət, ailə, evlilik və uşaqların tərbiyəsindəki töhfələrini və nailiyyətlərini qeyd etmək üçün bir təşəbbüsdür. Təməl məqsəd isə insani dəyərləri önə çəkməkdir.

Beynəlxalq kişilər günü 60-dan çox ölkədə qeyd olunur. Onların arasından Trinidad və Tobaqo, Yamayka, Avstraliya, Hindistan, Çin, Amerika Birləşmiş Ştatları, Rumıniya, Sinqapur, Malta, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Tanzaniya, Bosniya və Herseqovina, Macarıstan, İrlandiya, Qana, Kanada, Danimarka, Norveç, Avstriya, Ukrayna, Fransa, İtaliya, Pakistan, Kuba və b. ölkələrin adını qeyd etmək olar.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …