Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / BİABIRÇILIQ – rejissor azərbaycanlı aktrisanı zorladı – FOTOLAR/VİDEO

BİABIRÇILIQ – rejissor azərbaycanlı aktrisanı zorladı – FOTOLAR/VİDEO

Fatiməninin bunu indi etiraf etməsi isə veriliş zamanı müzakirələrə səbəb olub.

Azərbaycanlı aktrisa və müğənni Fatimə Abbasquliyeva “Rossiya 1” telekanalında illər əvvəl məşhur teatr rejissoru və pedaqoq Mark Rozovski tərəfindən zorlandığını bildirib.

Malaxovun proqramına qonaq olan Fatimə Azərbaycanda doğulub.

Anası skripkaçı, atası isə yazıçıdır.

O, on beş yaşında “Miss Azerbaijan” layihəsinin qalibi olub. Müxtəlif nominasiyalar üzrə mükafatlar qazanan Fatimə müğənnilik etməyə başlayıb. Abbasquliyeva daha sonra Moskvanı fəth etmək qərarına gəlib.

Rusiya Teatr Akademiyasına daxil olan Fatimə üçüncü kursda Mark Rozovskidən dərs almağa başlayır.

Aktrisanın dediyinə görə, Mark ona teatrdan kənarda görüşməyi təklif edib. Həmin günü Fatiməyə komplimentlər edən Rozovski onu zorlayıb.

Abbasquliyeva daha sonra rejissorun seks oyuncağına çevrilməmək üçün teatrdan ayrılır. Həm də Markın həyat yoldaşı ilə eyni müəssisədə çalışmaq onun üçün çətin olub.

12 ildən sonra özündə güc tapan Fatiməninin bunu indi etiraf etməsi isə veriliş zamanı müzakirələrə səbəb olub.

Proqramda iştirak edən qonaqlar həmin vaxt rejissorun arvadına xəbər vermədiyinə görə Fatiməni qınayıblar.

 

Həmçinin oxuyun

Bu il Kann Film Festivalına ölkəmiz də qoşulur

77-ci Kann Film Festivalının qısa filmlər üzrə əsas müsabiqəsində Azərbaycan da yarışacaq. AzVision.az xəbər verir ki, …