Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Biabırçılıq: Buraxılış imtahanında 22-23 min abituriyent 0-50 arası bal toplayıb

Biabırçılıq: Buraxılış imtahanında 22-23 min abituriyent 0-50 arası bal toplayıb

“700 bal toplayan abituriyentin olmaması ümumi nəticənin aşağı olduğunu göstərmir”. 

Bu sözləri Yenisabah.az-a təhsil eksperti Elçin Əfəndi deyib.

Qeyd edək ki, ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə 21-22 may 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. Budəfəki imtahanda da maksimum nəticə göstərən olmayıb.

Ekspertin sözlərinə görə, kurikulum sisteminə keçəndən sonra maksimum nəticə göstərən olmadı:

“Maksimum bal toplayan yoxdur. Lakin bu o demək də deyil ki, 700 bal toplayan yoxdursa, ümumi imtahan nəticələri olduqca aşağıdır. Biz təhsilin səviyyəsini bununla ölçmürük. Ötən il ilə müqayisədə, nəticələr bu il bir qədər yaxşılaşıb.

Nəzərə alaq ki, ölkəmizdə 2009-cu ildən etibarən kurikulum sisteminə keçildi. 2019-cu ildən etibarən isə artıq kurikulum əsasında qəbul imtahanları keçirilməyə başlandı. Bunun nəticəsidir ki, yüksək bal toplayan abituriyentlərin sayı birdən-birə aşağı düşdü, ümumiyyətlə heç olmadı. 2018-ci ilin qəbulunda 29 nəfər 700 bal toplamışdı. Bu artıq test imtahanın son mərhələsi idi. Burada nəticələr təbii ki, yüksək olacaqdı. Lakin kurikulumdan sonra bu nəticə olduqca aşağı düşdü”.

E.Əfəndi qeyd edib ki, abituriyentlərin aşağı nəticə göstərmələrinə səbəb situasiya tipli tapşırıqların olmasıdır:

“Bu təkcə II və III qrupların imtahanı ilə bağlı deyil. I və IV qruplarda da özünü göstərir. Maksimal nəticəni göstərən abituriyentlər yoxdur. Rallığa baxsaq, görərik ki, bu il də 700 bal toplayan olmayacaq. Mümkünsüzdür.

Bunların baş verməsinin səbəbi abituriyentlər tərəfindən yazı üsulu ilə tələb olunan suallardır. Situasiya tipli suallardır. Bunların qiymətləndirilməsi zamanı şagirdlər maksimum diqqətlə yanaşmalıdırlar ki, onlara maksimum bal verilsin. Abituriyentlər diqqətsiz davranıb, az bal toplayırlar. Bu da ümumi maksimal nəticəyə təsir edən əsas amillərdən biridir”.

Elçin Əfəndi buraxılış imtahanında 22-23 min abituriyentin 0-50 bal topladığını deyib:

“Bütün qruplar üzrə rəqabət həddən artıq gərgin olacaq. Eyni zamanda II və III qrupda 250-450 bal arealında kifayə qədər abituriyent kontingenti var. Onlar o bal aralığında daha çox nəticə göstəriblər. Eyni zamanda sırf II qrupda plan yerlərinin azalması da təsir edir.

Ümumi olaraq yüksək nəticənin olmaması təhsilin aşağı olduğu anlamına gəlmir. Azərbaycanda təhsilin hansı vəziyyətdə olduğu məlumdur. Konkret imtahanla da bağlamaq düzgün deyil. Biz buraxılış imtahanları ilə müqayisə edə bilərik. Buraxılış imtahanında 22-23 min abituriyent 0-50 bal arası bal toplayıb. Ümumtəhsil məktəblərində tədris aşağıdır. Bariz nümunə buraxılış imtahanıdır”.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …