Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Beyləqanın baş həkimi Əli Məmmədovun başı dərddə – Maliyyə yoxlaması nəyi üzə çıxarıb?

Beyləqanın baş həkimi Əli Məmmədovun başı dərddə – Maliyyə yoxlaması nəyi üzə çıxarıb?

Beyləqan Rayon Mərkəzi Xəstəxanasında aparılam maliyyə yoxlamaları zamanı ciddi korrupsiya hüququpozmaları aşkarlanıb.  Azinforum.az-a  verilən məlumatda bildirilir ki, 1 aydan artıqdır ki, Beyləqan rayon xəstəxanası təftiş olunur.
Qeyd olunur ki, Maliyyə Nazirlyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyi tərəfindən Beyləqan rayon Mərkəzi xəstəxanasında aparılan yoxlamalarda baş həkim Əli Məmmədovun ciddi maliyyə pozuntularına yol verdiyi aşkarlanıb. Xəstəxanadan adının çəkilməsini istəməyən şəxsin verdiyi məlumata görə, ortaya çıxan maliyyə pozuntuları o qədər böyükdür ki, baş həkim şöbə müdirlərindən və tibb personalından “hərəkətə”  gəlməyi tələb edir.

Bildirilir ki,  artıq aparılan maliyyə yoxlamaları yekunlaşıb.
Əldə etdiyimiz məlumatlarda həmçinin qeyd  deyilir , baş həkim Əli Məmmədov hər vəchlə çalışır ki, təftiş komissiyası ondan narazı qalmasın.
Yəqin ki,  tərtib edilmiş korrupsiya ilə bağlı sənədləri Baş Prokurorluğa gönsdərilsə, baş həkimin vəziyyəti elə də yaxşı olmayacaq.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Azinforum.az

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın