Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / “Belə çıxır ki, Ramiz Zeynalov 7 ildir, vəzifəsində qeyri-qanuni oturub” – AÇIQLAMA

“Belə çıxır ki, Ramiz Zeynalov 7 ildir, vəzifəsində qeyri-qanuni oturub” – AÇIQLAMA

“”Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” 2001-ci ildə təsdiq olunub. Əsasnamənin 137-ci bəndində son yaş həddi müəyyən edilib. General-mayorlar, general-leytenantlar üçün səlahiyyət müddətinin bitmə həddi 60 yaşdır, general-polkovniklər üçün isə 65-dir. Həmin bənddə bir istisna var. Prezident tərəfindən təyin olunan şəxslər üçün yaş həddi müəyyən edilmir…”

Bu sözləri Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyib.

“Amma Daxili İşlər Nazirliyinin Əsasnaməsinə də baxdım. Həmin Əsasnamənin 5.3.13-cü bəndində deyilir ki, baş idarə rəislərini daxili işlər naziri təyin edir. Düzdür, nazir bunu Prezidentlə razılaşdırır, amma daxili işlər naziri rəisləri özü təyin edir. Deməli, yaş həddi baş idarə rəislərinə də aiddir, o cümlədən də Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalova. Mövcud qanunvericiliyə görə, belə çıxır ki, Ramiz Zeynalov artıq 7 ildir, vəzifəsində qeyri-qanuni oturub. Buna görə də bu məsələni qaldırmaq, Daxili İşlər Nazirliyindən də soruşmaq lazımdır”, — ekspert bildirib.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …