Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Belə çıxır ki, onlar kişi deyil…“ – Məşhurlardan etiraz

“Belə çıxır ki, onlar kişi deyil…“ – Məşhurlardan etiraz

Qadın və kişi problemləri daimidir. Hər iki cinsin anlaşmağa çətinlik çəkdiyi məsələlərdən biri də ev işləridir. “Ev işi” deyəndə çox adamın ağlına qadının etməli olduğu işlər gəlir. Çünki bir çoxumuz qadını mətbəxdə qab yuyan, yemək bişirən, evi təmizləyən, paltar yuyan və yaxud da uşaqla məşğul olanda görürük. Buna görə də yemək hazırlamaq, paltar ütüləmək, evin təmizliyi bizim mentalitetimizdə qadının etməli olduğu işlər kimi qalıb. 

Maarqlısı odur ki, kişilərin ev işlərində həyat yoldaşlarına kömək etməsi heç də birmənalı qarşılanmır. Bunu normal qarşılayanlar çox azdır. Əksəriyyət “top-tüfənglə” qarşılayır.

Kişinin qab yuması, yemək bişirməsi, ev işlərində xanımına yardım etməsi niyə ayıb sayılır?

Psixoloq Gülər Məmmədova Yenisabah.az-a açıqlamasında deyib ki, analarının əməyinə dəyər verən oğul övladları hər zaman qadınlara qarşı xüsusi münasibət bəsləyirlər:

“Ümumiyyətlə, ailədə böyüyən oğul övladları özünəməxsus şəkildə anaları tərəfindən tərbiyə olunur. Analarının əməyinə dəyər verən oğlanlar qadınlara qarşı hər zaman xüsusi bir münasibət bəsləyirlər. Qadınlara ev işlərində kömək etməyi heç də özlərinə ayıb bilmirlər. Bu cür insanlar hətta gördükləri işdən utnamırlar da… Həmin oğul övladları anaları işdə olduğu üçün ev işini görürlər. Onlar daim evdə iş gördükləri üçün heç nədən çəkinmir, sərbəst şəkildə öz işlərini görə bilirlər. Bu tip insanlar ailə qurduqdan sonra da qadına olan diqqət, hörmətdən dolayı öz həyat yoldaşına, qız övladına müəyyən işlərdə yardımçı olurlar”.

Psixoloqun sözlərinə görə, bu ailədən gələn tərbiyədən asılıdır:

“”Bu qadın işidir, kişi işi deyil, ayıbdır” deyənlər də var. Həmin evdə vaxtilə ana hər şeyi öz öhdəsinə götürüb. Oğlunu mühafizəkar böyüdüb. Düşünür ki, oğluna bütün qulluğu edəcək və oğlunu tanrının elçisi kimi qoruyacaq. Və ona görə həmin kişilər elə düşünür ki, qadınlar bütün işi öz öhdəsinə götürməlidir, ev işi yalnız qadına məxsusdur. Xeyr.  Bəzən qadın xəstələnə, narahat ola bilər. Bu vəziyyətdə hər bir oğlan anaya, bacıya məişət işlərində birmənalı yardımçı olmalıdır. Heç bir ayıb tərəfi yoxdur.Sadəcə, bu ailədə böyüyən insanın tərbiyəsindən asılı olur. Elə insan var ki, kişi və ya qadın olmasından asılı olmayaraq yediyi qabı yumaq istəyir. Təmizlik istəyir. Bəzi kişilər qayda-qanunu çox sevir. Əvvələn necədirsə, ailə qurandan sonra da o cür davranır”.   

Xalq artisti Mübariz Tağıyev qeyd edib ki, kişinin əlində hansısa bir iş gəlirsə, kömək etməlidir:

“Bütün dünya mətbəxtlərində, restoranlarında baş aşpazların 90 faizi kişilərdir. Belə çıxır ki, onlar kişi deyil. Kişi ilə bağlı evdə o qədər məsələlər var ki… Bunu qadın etməməlidir. Nəyisə yerindən götürüb qoymaq lazımdır. Evdə min bir iş var. Təkcə xörək bişirməkdən söhbət getmir. Həqiqətən kişinin əlindən nəsə gəlirsə, kömək etməlidirlər. Düşünmürəm ki, bu sözlər ziyalı insanın dilindən çıxsın. Əgər həqiqətən evdə bir səmimiyyət varsa, qadına kömək etmək lazımdır. Qadın işlərinə qarışmağın da nə qədər düz olub-olmadığını bilmirəm. Kişi qabı-qacaq , paltar yusun. Bu kimi məsələlər də həll olunub. Biz o dövrdə yaşamırıq.

Əlbəttə, işi kömək etməlidir. Kişinin bir qədər fəlsəfəsi işə düşməlidir ki, evdə inciklik olmasın. Bu normal haldır. Elə məsələlər var ki, buna aydınlıq gətirmək heç lazım deyil”.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …