Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / BDU-da anım mərasiminə Abel Məhərrəmov çağırılmadı

BDU-da anım mərasiminə Abel Məhərrəmov çağırılmadı

Bakı Dövlət Universitetində (BDU) milli lider Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib. 
BDU-nun Mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstəsi qoyublar.
Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, professor İradə Əliyeva  Heydər Əliyevin xidmətlərindən danışıb, onun müəyyənləşdiridiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev və Tarix fakültəsinin 2-ci kurs tələbəsi Əli Babazadə tədbirdə çıxış ediblər. Tədbir Heydər Əliyevin xatirəsinə həsr olunmuş filmin nümayişi ilə başa çatıb.
Qeyd edək ki, tədbirdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov iştirak və çıxış etməyib. A. Məhərrəmov hazırda da hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvüdür.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …