Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Bayramda nələrə diqqət etməli? – VİDEO

Bayramda nələrə diqqət etməli? – VİDEO

Qurban bayramı sakinlərimizin ən çox ətlə qidalandığı bayramlardan biridir. Bayram başlayan gündən artıq əksər insanlar evlərində qurban ətindən olan yeməklər bişirir. Bəs, görəsən, bayram günlərində əsas nələrə diqqət edilməlidir?

Səslənən sualla bağlı diyetoloq Paşa Rəcəbli deyir ki, bayram günlərində ürək-damar, diabet, böyrək xəstəlikləri və yüksək təzyiqi olanlar diqqətli olmalıdırlar. Çalışmalıdırlar ki, artıq və yağlı ət qəbulu gecə saatlarına salınmasın.

Restoranlarda qurban bayramında hansı yeməklərə tələbin olduğu barədə baş aşpaz Anar Qasımov isə bildirir ki, təbii, ən çox hazırlanan və istənilən yeməklər ət ilə olanlardır.

Düzdür, qurban əti hər bir müsəlmanın haqqıdır. Ancaq gərək düzgün formada qəbul edilsin ki, səhhətimizə də ziyan vurmasın.

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …