Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Bayramda ən çox sərnişin axını İstanbul və Tbilisiyə olub

Bayramda ən çox sərnişin axını İstanbul və Tbilisiyə olub

Bayramın ilk günü ( 5 iyun tarixində) Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası istiqamətlərə 378 reyslə 10 663 sərnişin daşınıb.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq istiqamətlərə isə 25 reyslə 718 sərnişin yola salınıb. 

“Beynəlxalq reyslərdə ən çox sərnişin axını İstanbul və Tbilisi şəhərlərinə olub. Bayramın 2-ci günü bu dəqiqələrə olan statistikaya görə, 158 reyslə 3700 sərnişin bölgələrə yola salınıb. Digər günlərlə müqayisədə bu gün sərnişin sıxlığı müşahidə olunmur”. 

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …