Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Bayram günü tərxis edilən əsgər itkin düşdü – Fotolar

Bayram günü tərxis edilən əsgər itkin düşdü – Fotolar

Vətən Müharibəsində sürücü kimi iştirak edən Süleymanov Kamal Ceyhun oğlu dekabrın 31-də Abşeron rayonunda yerləşən hərbi hissədən tərxis edildikdən sonra itkin düşüb.

Ailə üzvlərinin qafqazinfo-ya verdiyi məlumata görə, 25 yaşlı K.Süleymanov müharibənin ilk günündən səfərbərliyə çağırılaraq Füzuli uğrunda döyüşlərdə iştirak edib.

Daha sonra isə onları Abşeron rayonunda yerləşən hərbi hissəyə gətiriblər. Ailə üzvləri həmin vaxt hərbi hissəyə gedərək Kamalla görüşüblər.

Dekabrın 31-i isə ailənin digər üzvləri ilə danışaraq evə gəlib anasına sürpriz edəcəyini deyib. Buna görə də onu qarşılamağa getməyiblər. Əsgər yoldaşları da onun tərxis olunaraq hərbi hissəni tərk etdiyini təsdiqləyiblər. Həmin gün Kamalın üzərində olan mobil nömrəyə zəng edəndə bir neçə dəfə zəng çalsa da, cavab verən olmayıb, daha sonra isə telefonuna zəng çatmayıb.

Ailə bir neçə gün öncə onun itkin düşməsi ilə bağlı Abşeron rayon Polis Şöbəsinə müraciət edib.

Onu görənlərdən (055) 232 33 53, yaxud (012) 533 64 14 nömrələri əlaqə saxlayaraq məlumat verməsi xahiş olunur.

/konkret.az

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …