Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Bayram günlərində və həftə sonları karantin rejiminin qaydaları sərtləşdirilə bilər

Bayram günlərində və həftə sonları karantin rejiminin qaydaları sərtləşdirilə bilər

“Bayram günlərində və həftə sonlarında karantin rejiminin ciddiləşdirilməsi ilə bağlı Operativ Qərargaha müraciət edə bilərik”.

Bunu TƏBİB-in rəhbəri Ramin Bayramlı deyib.

R.Bayramlı qeyd edib ki, vətəndaşların karantin rejimi dövründə qaydalara əməl etməsi bu qərarın verilməsinə əsas rol oynayacaq: “Qaydalara əməl edilməsə, müəyyən sərtləşdirmə ola bilər. Qardaş ölkə Türkiyədə də bu qaydalar tətbiq edilir”

TƏBİB onu da rəhbəri söyləyib ki, ictimai nəqliyyatda, metroda maska taxılması tələb olduğu üçün maska qıtlığı yaşana bilər.

Onun sözlərinə görə, bu problem də aradan aldırılacaq: “Bu, insanlar üçün bəhanə olmamalıdır. Qaydalara əməl etməliyik. Bir vətəndaş kimi hər kəs öhdəsinə düşən məsuliyyəti yerinə yetirməlidir”. Musavat.com

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …