Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”- VİDEO

“Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”- VİDEO

Bu gün – 22 avqust Əbülfəz Elçibəyin haqqa yürüdüyü gündür. Onun yaxın dostlarından çox az adamlar var ki, Əbülfəz bəyin haqqında fikirlərini bölüşürlər. Onlardan biri də “Basqal Həsən”dir. “Basqal Həsən”lə Əbülfəz Elçibəyin sadə dostlarından biri kimi görüşüb müsahibə aldıq. Müsahibədə Elçibəy ailəsinin üzvlərindən Çingiz Özgür də var və bu görüşün baş tutması həm də Çingiz bəyin əməyinin nəticəsidir.

“Basqal Həsən” Elçibəyin təmənnasız dostlarından biri olub. Zaman-zaman onun Basqaldakı evinə gedib, orada qalıb, müalicə alıb, dincəlib. Həsən Əbülfəz bəyin yaxın çevrəsindəki komandadan danışanda sanki əsəbiləşir. Elə bil həmin günlərin hirsini nümayiş etdirir: “Hərəsinin yanında bir qrup yarandı” deyir. Qrup yaradanların hamısı da onun  dediyinə görə, zaman-zaman nüfuzdan düşdülər və “məmləkət də, hakimiyyət də belə bərbad oldu”.

Əbülfəz Elçibəy çox maraqlı adam olub. Prezident seçiləndən sonra gərgin iş rejiminin təsirindənmi, yoxsa başqa bir səbəbdən Əbülfəz bəy yaxın adamları, ailəsi, dostları ilə görüşməyə o qədər meylli adam olmayıb. Bu haqda “Basqal Həsən” də deyir. Təsəvvür edirsinizmi, Əbülfəz bəy prezident seçiləndən sonra “Basqal Həsən” onunla cəmi 1 dəfə görüşür. Prezidentlə normal görüşə bilməyən dost da demək olar ona.

“Basqal Həsən”in Əbülfəz Elçibəylə bağlı maraqlı xatirələri var. Müsahibəyə diqqətlə qulaq asanda məlumatlı adamlar pərdəarxası daha maraqlı məqamlar tapa bilər. Əbülfəz Elçibəyin Vəzirovdan haqda, eləcə də yaxın komandasından danışması, bəzən onlara qəzəblənməsi maraqlı məqamlardandır.

Əbülfəz Elçibəy məsələsi və mövzusu ilə yaxında maraqlandıqca, Elçibəyi və onun dövrünü araşdırdıqca, çox ciddi bir gerçəklə üzləşməli olursan. O gerçək odur ki, Əbülfəz Elçibəyi və onun icraatlarını, fikirlərini hakimiyyət hər zaman qeyri-ciddiləşdirməyə və elə təqdim etməyə çalışır. Nə qədər maraqlı olsa da, deməliyəm ki, bu təşəbbüs müxalifətin bəzi kəsimlərində də olub və var. Onlar bir çox şeyləri təhrif ediblər və Elçibəyi olduğu kimi təqdim etməyə bilərəkdən yanaşmayıblar, ya da buna qabiliyyətləri çatmayıb. Bu baxımdan, “Basqal Həsən”in müsahibəsi çox maraqlıdır və diqqətli gözlər oradan maraqlı məqamları götürə biləcək. Tarix isə bu müsahibələri və şahidlərin “ifadələrini” zamanında qiymətli xəzinə kimi araşdıracaq.

Buna əminəm. Hələliksə “Sözüm var” layihəsində danışır Əbülfəz Elçibəyin dostu “Basqal Həsən”…

 

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …