Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Baş redaktora hökm oxundu – 1 il 6 ay

Baş redaktora hökm oxundu – 1 il 6 ay

Bu gün Xətai Rayon Məhkəməsində “AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmliyə hökm oxunub.

AzNews.az-ın prosesdə iştirak edən əməkdaşının məlumatına görə, hakim Habil Məmmədov baş redaktora əmək haqqının 15 faizinin dövlət nəfinə köçürülməsi ilə 1 il 6 ay islah işi cəzası barədə qərar qəbul edib.

E.Məhərrəmli, AzNews.az-a açıqlamasında hakimin hökmünün qərəzli olduğunu bildirib və apellyasiya şikayəti verəcəyini deyib.

Qeyd edək ki, E.Məhhərəmli Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi (BDYP), polkovnik Nuşirəvan Səfərov tərəfindən məhkəməyə verilib.

BDYP rəisi saytın 31 avqust tarixli buraxılışında yayımlanmış “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri – DYP mafiyası məğlubedilməzdir?!” adlı yazıda təhqir olunduğunu iddia edib.

E.Məhərrəmli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın