İmişli rayonu, Qulubəyli kənd sakini Qalib Nağıyev Bəhramtəpə
Hidroqovşağının İstismarı İdarəsinin rəisi Mirqoca Mirişovun korrupsiya
əməlləri ilə bağlı prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova,
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd
Əhmədzadəyə, Azəravtoyol ASC-nin sədri Saleh Məmmədova və KİV-lərə
müraciət ünbvanlayıb.
Azerinfo.tv
xəbər verir ki, şikayətçi Bəhramtəpə Hidroqovşağının İstismarı
İdarəsinin rəisi Mirqoca Mirişovun 30 il ərzində saxta sənədlərlə
dövlətdən milyonlar mənimsədiyini və şəxsi biznesini inkişaf etdirdiyini
yazıb:
“ Rəis
Mirqoca Mirişov Bəhramtəpə Hidroqovşağının İstismarı İdarəsinin
balansında olan Baş Muğan kanalının mühafizə zolağında ikinci ticarət
obyektini tikməyə başlayıb.Hazırda istifadədə olan birinci obyekt
2015-ci ildə inşa olunmuşdur.
Hər
iki ticarət obyekti eyni zamanda Azəravtoyol ASC-nin balansında olan
Hacıqabul-Bəhramtəpə avtomobil yolunun mühafizə zolağında yerləşir.
Rəis Mirqoca Mirişovun qanunazidd əməllərini müdafiə edən Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevdir.
Məlumat
üçün bildirirəm ki, 2018-ci ilin iyun ayında İmişli rayon İcra
Hakimiyyətinə ərizə ilə müraciət edib Qulubəyli kəndinə yaxın ərazidən ,
dövlət fonduna aid torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaq üçün 192.0 kv.metr tikintialtı torpaq sahəsi ayrılmasını xahiş
etmişdim.
Maddi
cəhətdən ailə vəziyyətimin qənaətbəxt vəziyyətdə olmaması nəzərə
alınaraq köməq məqsədilə torpaq sahəsinin ayrılması baradə olan ərizəm
nəzərə alınaraq torpaq sahəsinin eskiz layihəsi hazırlanıb qeyd edilən
torpaq sahəsinin Plan-Ölçü sənədlərinin hazırlanması və müvafiq rəyin
verilməsinə kömək olunmasına görə İmişli rayon İcra Hakimiyyəti 22 iyun,
2018-ci il tarixli, 4/469 saylı rəsmi məktubla Əmlak Məsələləri üzrə
Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə
Dövlət Agentliyinə müraciət etmişdim.
Torpaqların
Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mahuma
Heraçiyevin 11 mart, 2019-cu il tarixli, 190820300771 saylı məktunu ilə
qeyd edilən 192.0 kv.m torpaq sahəsinin mənə icarəyə verilməsinə
razılıq ifadə olunmuşdur.
Mənə
verilməsi nəzərdə tutulan 192.0 torpaq sahəsinin Yerquruluşu Planı
hazırlanaraq İmişli rayon İcra Hakimiyyətinin , Daşınmaz Əmlakın
Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu
Layihə-Tədqiqat Mərkəzinin, Ə.M.D.K.-nın Beyləqan Ərazi İdarəsinin
rəhbərlərinin imzası və möhürləri ilə təsdiq olundu.
İmişli RİH-nin 08 aprel, 2019-cu il tarixli,60 saylı sərəncamı ilə 192.0 kv.m torpaq sahəsi mənə ayrılıb verildi.
Həmin
sərəncama əsasən 08 aprel, 2019-cu il tarixli, 16 saylı torpaq
sahəsinin icarəyə verilməsi haqqında uzunmüddətli icarə müqaviləsi
bağlandı.
12
iyun,2019-cu il tarixdə Bəhramtəpə Hidroqovşağının İstismarı İdarəsinin
rəisi Mirqoca Mirişovun göstərişinə əsasən idarənin əməkdaşları
tikəcəyim obyektin Baş Muğan Kanalının mühafizə zolağına düşdüyünü əsas
gətirərək tikintinin dayandırılmasını tələb etdilər.Və baraəmdə akt
tərtib etilər.
Meliorasiya
və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin hüquqşünasları 13
sentyar,2019-cu il tarixdə həmin akt əsasında İmişli Rayon Məhkəməsinə
müraciət etdilər.
Beləliklə fundamental işlər aparsam da tikinti işləri dayandırıldı.
Necə
olur ki, rəis Mirqoca Mirişov Baş Muğan Kanalının mühafizə zolağında
2015-ci ildən obyektlər tikir,ancaq mənim tikintimə qadağa qoyur.
Məntiqlə fikirləşmək olar ki, rəis Mirqoca Mirişov Baş Muğan Kanalını özəlləşdirib.
Cənab
prezident, Siz çıxışlarınızda söyləyirsiniz ki, heç kimin xüsusi
statusu yoxdur.Əgər belədirsə məni Mirqoca Mirişovdan fərqləndirən
nədir?
Xahiş edirəm Mirqoca Mirişov haqda qanunamüvafiq tədbir görülsün.”
Həmçinin oxuyun
Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”
Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …