Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Banu Kids” mağazasında vergidən yayınma-VİDEO

“Banu Kids” mağazasında vergidən yayınma-VİDEO

Uzun illərdir Azərbaycanda sahibkarlığın inkişafı strategiyası həyata keçirilir. Xüsusilə də Prezident İlham Əliyevin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə daim özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri həyata keçirilir, bu sahədə müxtəlif islahatlar aparılır.

Belə ki, ölkə Prezidentinin imzaladığı fərmanlarda, onun təsdiq etdiyi iqtisadi siyasət sənədlərində yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirildiyindən, ölkəmizdə formalaşan sahibkarlar təbəqəsinin sırası ilbəil genişlənir və özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artır. Dövlət başçısının göstərişlərinə uyğun olaraq, biznes mühitinin daha da yaxşılaşdırılması üçün həm qanunvericilik səviyyəsində, həm də vergi inzibatçılığında geniş islahatlar həyata keçirilir


Sahibkarlıq subyektlərində dövlət qurumları tərəfindən aparılan bütün yoxlamaların və nəzarət tədbirlərinin, vergi yoxlamaları istisna olmaqla, 2 il müddətinə dayandırılması, sahibkarlığın inkişafına əngəl yaradan halların aradan qaldırılması, dövlət orqanlarının fəaliyyətinin “açıq hökumət” prinsiplərinə uyğunlaşdırılması, şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər isə sahibkarlığın inkişafına təkan verib. Digər tərəfdən, bu ilin əvvəlində vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə ölkədə vergi yükü azaldılıb, vergi inzibatçılığının çevikliyi təmin edilib. Bütün bunlar biznes mühitinin səmərəliliyinə, vergi ödəyicilərindən daxil olan şikayətlərin azalmasına, sahibkarların rahat fəaliyyət göstərməsinə, vergi daxilolmaları üzrə proqnoz tapşırıqlarının icrasının təmin edilməsinə öz müsbət təsirini göstərib. Amma təəssüflər olsun ki, yaradılmış hərtərəfli şəraitdən, dövlətin xoş məramından sui-istifadə etməyə cəhd göstərən sahibkarlara, məsuliyyətsiz vergi ödəyicilərinə hələ də rast gəlinir. Belə ki, nəzarət tədbirlərinin sayının azaldılmasından sui-istifadə edərək biznes subyektlərinin uçot-hesabat işlərində qeyri-şəffaflığa, dövriyyənin gizlədilməsinə, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb olunmasına, saxta aksizli əmtəələrin satışının təşkili və sair kimi qanun pozuntularına yol verilməsi halları hələ də çoxdur. Bəzi vergi ödəyiciləri Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş vəzifələrə və vergi qanunvericiliyinin tələblərinə əməl etmir, öz işinə məsuliyyətlə yanaşmır, saxtakarlıq, dələduzluq və digər qanunsuz yollarla qanunvericiliklə nəzərdə tutulmuş vergiləri ödəməkdən yayınmağa çalışır.

Azerinfo.az bildirir ki, bu mənada Sabunçu İcra Hakimiyyətinin yaxınlığında ,Muxtar Fətəliyev prospektində yerləşən “Banu Kids” mağazası vergi qanunlarını kobud surətdə pozur.

Qanun bu qədər geniş azadolma imkanları verdiyi halda, bu mağazadanın sahibləri tərəfindən dövriyyədən yayınmaq üçün nağd hesablaşma qaydalarının pozulması, yəni alqı-satqı və xidmət əməliyyatlarının nəzarət-kassa aparatına vurulmaması və ya malların ciddi uçot blankı olmadan nağd qaydada təqdim edilməsi baş verir.

Əməkdaşlarımız bir neçə dəfə mal alsalarda kassadan çek təqdim edilməyib və bunlar videosüjetdə əks olunub. Həmin videonun əlaqədar orqanlar araşdırıb tədbir görülməsini və bu baradə redaksiyaya məlumat verilməsini xahiş edirik.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …