Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / “”Bandotdel”in məhkəməyə gətirmədiyi şəxsin yeri məlum deyil” – Vəkil

“”Bandotdel”in məhkəməyə gətirmədiyi şəxsin yeri məlum deyil” – Vəkil

Xəbər verdiyimiz kimi, ötən gün vəkil Elşən Behbudov hüquqlarını müdafiə etdiyi şəxsin işinə buraxılmadığını iddia edib. O bildirib ki, səhər saatlarından müvəkkili Elvin Qasımovun cinayət işinə vəkil kimi qoşula bilmir.
E.Behbudov feysbuk hesabında bu gün etdiyi paylaşımda E.Qasımovun məhkəməyə gətirilmədiyini bildirib.
“Hüquqlarını müdafiə etdiyim Elvin Qasımovun cinayət işi üzrə ev dustaqlığı barədə vəsatətə baxılması bu gün saat 09:20-yə təyin edilsə də, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi (“Bandotdel”) tərəfindən təqsirləndirilən şəxs gətirilmədiyindən proses bu gün saat 14:00-a təxirə salındı və yenə də E.Qasımov məhkəməyə gətirilmədi. Həmçinin təqsirləndirilən şəxsin yeri məlum deyil. Qeyd edim ki, bu gün istintaq təcridxanasından E.Qasımovun orada olmadığı bildirilib. Daxili işlər orqanlarına prosessual nəzarət etməli olan Baş Prokurorluq hələ ki susur”, – vəkil paylaşımda yazıb.
Qeyd edək ki, Elvin Qasımovun adı bir neçə gün öncə Bakı Dövlət Sirkinin qarşısında baş verən silahlı insidentdə hallanır. Belə ki, Elvinin qardaşı Emin Qasımovun (Emin Naxçıvanski) sözügedən hücumun həyata keçirilməsi üçün göstəriş verdiyi bildirilir.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …