Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Bakının Nəsimi rayonunda iməcilik keçirildi – FOTO
????????????????????????????????????

Bakının Nəsimi rayonunda iməcilik keçirildi – FOTO

Bakının Nəsimi rayonunda aparılan abadlıq-quruculuq işləri istiqamətində bir sıra layihələr həyata keçirilib, növbəti layihələrin reallaşdırılması davam edir.

Nəsimi RİH-dən Azinforum.az-a  verilən məlumata görə, rayon ərazisindəki bir sıra həyətlərdə abadlaşdırma işləri aparılıb, mövcud yaşıllıqlar bərpa edilib, yeni yaşıllıq zolaqları yaradılıb, gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarının möhkəmləndirilməsinə, asudə vaxtlarını səmərəli keçirmələrinə nail olmaq məqsədilə əyləncə qurğuları yerləşdirilib, futbol meydançaları və idman alətlərindən ibarət meydançalar salınıb.

Rayonda ekoloji tarazlığın qorunması, əhalinin diqqətini yaşıllıqların qorunmasına yönəltmək və paytaxtımızın daha da gözəlləşməsi istiqamətində həyata keçirilən tədbirlər daim nəzarətdə saxlanır. Həmin tədbirlərin davamı olaraq oktyabrın 30-da rayon ərazisində növbəti iməcilik keçirilib. İməcilik zamanı S.C.Pişəvari küçəsi boyunca müxtəlif növ 1000-dən artıq həmişəyaşıl ağaclar, M.Cəlal parkında 2000-dən artıq gül kolları əkilib, mövcud yaşıllıqlara qulluq göstərilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak edib. Rayonda son illər ənənə halını almış yaşıllaşdırma işlərində sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirib.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …