Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “BAKIDAYAM, İBADƏT EDİRƏM…” – Ziya Məmmədov karantin günlərindən və həbslərdən danışdı

“BAKIDAYAM, İBADƏT EDİRƏM…” – Ziya Məmmədov karantin günlərindən və həbslərdən danışdı

Sabiq Nəqliyyat naziri Ziya Məmmədov Musavat.com-a açıqlamasında ölkədə koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimindən və bu günlərdəki fəaliyyətindən danışıb. 

Sabiq nazir bildirib ki, karantin günlərində dövlətin qoyduğu qaydalara əməl etməyə çalışıb: “Karantin günlərini çox ciddi şəkildə keçirib, dövlət tərəfindən qoyulan qaydalara əməl edirəm. Bu günlərdə heç bir rayona getmədim. Karantin günlərini Bakıda keçirirəm. Qoyulan qaydalara əməl etmək bizim vətəndaşlıq borcumuzdur. Son günlər karantin rejimində yumşalma olsa da, hələ ki çölə çıxmamışam. Lakin çıxmaq niyyətim var”.

Ziya Məmmədov son dövrlərdə icra başçıları və yüksək ranqlı məmurların korrupsiya əməllərinə görə saxlanılması məsələsinə aşağıdakı kimi münasibət bildirib: “Dövlətin bütün tədbirlərini bütün dövrlərdə dəstəkləmişəm, dəstəkləyirəm və uğurlar arzu edirəm. Onların əməllərinə isə hüquq-mühafizə orqanları qiymət verəcək. Başqa fikir bildirmək istəmirəm”.

Sonda Ziya Məmmədov hər kəsi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib: “Bu günlər ərzində mən də oruc tutub, ibadətimi etmişəm. Allah hər kəsin oruc-namazını qəbul etsin”.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …