Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Bakıda sürücü əsgəri təhqir etdi: “Səndən əsgər olar, lap çəpişə oxşayırsan” – Foto

Bakıda sürücü əsgəri təhqir etdi: “Səndən əsgər olar, lap çəpişə oxşayırsan” – Foto

Ötən gün Bakıda avtobus sürücüsü əsgəri təhqir edib.

Bu barədə “Facebook”da hadisə şahidləri məlumat yayıblar.

Sosial şəbəkə istifadəçisi Leyla Həsənova yazıb ki, 4 nömrəli avtobus sürücüsü sərnişinlərdən birini, əsgəri söyüb.

O, bildirib ki, hadisə əsgərin avtobusdan düşərkən yol pulunu ödəməyi yaddan çıxarması ilə başlayıb. “4 nömrəli avtobusda bir əsgər də var idi. Əsgər əlində xəstəxanadan aldığı müayinənin nəticələrini göstərən böyük torba tutmuşdu. Üzdən oxumaq olurdu. “Azadlıq”la “İnqilab”ın kəsişməsində dayanacaqda düşəsi oldu. Elə bu vaxt gənc sürücü əsgərin üstünə qışqırdı ki, “ayə, general (lağa qoyurdu) yol pulunu ver. Niyə düşüb qaçırsan?”. Bu vaxt əsgər əlini cibinə salıb dedi ki, “sən Allah, bağışla, fikrimdən çıxıb, götür pulu…”. Avtobusda, dayanacaqda çox adam var idi, hamı da görüb eşidirdi. Sürücü əsgərə dedi ki, “səndən əsgər olar əə? Çəpişə oxşayırsan”- deyə Leyla Həsənova bildirib. Onun sözlərinə görə əsgər fiziki baxımdan çox zəif olub. 

Qadın bildirib ki, sürücüyə cavab özünü çox gözlətməyib. Belə ki, təxminən 23-25 yaşlarında bir qız sürücüyə 5 manat pul tullayıb: “Ayə” sənsən, o əsgərdir, “ayə” deyil. Çəpiş də sənsən. 30 qəpiyə görə sənin namusunu qoruyan əsgəri niyə eşşək kimi çağırırsan? Al bu 5 manatı da sox gözünə, sənə 30 qəpik azdır”, – deyə qışqırıb.

Leyla xanım bildirib ki, sürücü “az, düş uç burdan, əcəb eləyirəm” deyərək qızı da təhqir edib. Gənc qız avtobusdan düşüb sürücüyə “hünərin varsa, düş aşağı, sənin cavabını verim” –deyə səslənib.

Sonda əsgər qıza “Çox sağ ol, bacı”- deyib təşəkkür edib. Sürücü isə hər kəsin ona qarşı çıxdığını görüb, tez avtobusu sürüb uzaqlaşıb.

Yenisabah.az

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …