Ana səhifə / Cəmiyyət / Bakıda şirkət ağac kəsdiyinə görə 50 min manat cərimə edildi

Bakıda şirkət ağac kəsdiyinə görə 50 min manat cərimə edildi

Nərimanov Rayon Məhkəməsi “R.R.Constructions” MMC-nin 50 min manat cərimə edilməsi barədə qərar qəbul edib.
Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci (şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə) və 253.5.1-ci (şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə) maddələri ilə təqsirli bilib.
Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu ildə qəbul olunmuş qərarından verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda apellyasiya şikayətinin təmin edilməməsinə qərar verilib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …