Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Bakıda siqaret qadağasına necə əməl olunur? – VİDEO

Bakıda siqaret qadağasına necə əməl olunur? – VİDEO

Artıq 2 aydan çoxdur ki, qanunvericiliklə ictimai yerlərdə tütün məhsullarının istifadəsi qadağan edilsə də, bu qadağaya ciddi şəkildə əməl edilmir. Hələ də dayanacaqlarda, kafelərdə və şadlıq evlərində siqaret çəkənləri görmək olur.
Qanunu pozanlar üçün cərimənin miqdarı müəyyən edilsə də, icra mexanizmi olmadığından, qaydanı pozub pozmamaq da vətəndaşın öz insafına qalıb.

Dayanacaqda olan şəxs rahatlıqla siqarət çəkir. Halbuki qanunvericiliyə əsasən, bu hal qadağandır və bundan vətəndaşın özünün də xəbəri var.

Yuxarıda deyildiyi kimi, icra mexanizmi olmadığından qanun pozuntuna yol verən vətəndaş da cərimələnməyəcəyindən əmindir. Bu pozuntuların ən çox edildiyi yerlərdən biri də restoranlardır. Halbuki restoranlarda divarlara “siqarət çəkmək qadağandır” lövhəsi və hətta bu qadağanın hansı maddə ilə tətbiq edildiyini bildirən yazılar vurulub.

Obyektlərdə siqaretin az çəkilməsi əksər müştəriləri məmnun edir. Şadlıq evlərində isə bu qanunun əsasən içkili şəxslər tərəfindən pozulduğu bildirilir.

Qeyd edək ki, bu ilin yanvar ayının 1-də qüvvəyə minmiş “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna əsasən, ictimai yerlərdə siqaret çəkən şəxslər 30 manat cərimələnirlər. Bundan başqa, müəssisələrdə siqaret çəkmək üçün yerlərin ayrılmasına və görünən yerlərdə “Siqaret çəkmək qadağandır” xəbərdarlığının olmamasına görə vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər 1000 manat cərimə edilməlidirlər. Bu cərimlənmənin hansı qurum tərəfindən icra ediləcəyi dəqiqləşdirilmədiyindən faktiki olaraq bu qaydanı pozanlar cərimələnmir.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …