Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Bakıda sevgililər koronavirusa yoluxdu — “Üzük almışdı, evlilik təklifi edəcəkdi”

Bakıda sevgililər koronavirusa yoluxdu — “Üzük almışdı, evlilik təklifi edəcəkdi”

Bakıda gənc sevgililər koronavirusa yoluxub.


Çingiz Əli feysbuk səhifəsinsə oğlunun virusa yoluxduğunu bidirib: “İki gündür bilmişik ki, oğlum koronavirusa yoluxub. Ya işlədiyi yerdən, ya da istədiyi qızdan yoluxub. Ya da ki, qız da oğlumdan yoluxub. Xanımın yoluxmasını işlədiyi yerdə test vasitəsi ilə müəyyən ediblər. Üstəlik də o qızın dayısı qızı da tibb bacısı işlədiyi yerdən koronaya yoluxub. İndi hər üçü özlərini izolə edərək öz-özlərini müalicə etməyə çalışırlar.

Bu iki gündə nə gəlib maraqlanan, nə bir test aparan olmayıb. Ancaq mən nikbinəm, ümid edirəm ki, özü də xəstə olan tibb bacısının köməyi ilə oğlum qurtulacaq.

İki gün bundan qabaq Sevgililər günündə o qıza evlənmə təklifi edəcəkdi. Maaşından bir üzük də almışdı”.(publika.az)

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …