Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Bakıda şayiələri və təşvişi kim yayır?

Bakıda şayiələri və təşvişi kim yayır?

Sosial şəbəkələrdə və “WhatsApp” messencerində naməlum şəxslər təxribat xarakterli məlumatları kütləvi şəkildə yayaraq, əhali arasında təşviş doğuran şayiələr yaymağa çalışırlar.

Misal üçün, insanları Bakıda baş verəcək zəlzələ, terror aktları və “donuz qripi” epidemiyası ilə qorxudurlar. Öz sözlərinin sübutu kimi araqarışdıranlar KİV-də dövlət xidmətlərinin gücləndirilmiş iş rejiminə keçmələri barədə yayılan xəbərləri göstərirlər.

Virtualaz.org-a Azərbaycan hökumətindəki mənbələrdən verilən məlumata əsasən, bu informasiya həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri əhali arasında şayiə və təşviş yayanların müəyyənləşdirilməsi üzrə təhqiqata başlayıblar. Həmin təxribata görə məsuliyyət daşıyanların hamısı cəzalandırılacaq.

Eyni zamanda, virtualaz.org-a hökumətdən verilən məlumata görə, söhbət yalnız Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin hava şəraitinin pisləşməsi və güclü külək haqqında xəbərdarlığından gedir.

Xatırladaq ki, son güclü fırtına nəticəsində Xəzərdə neftçilər faciəvi şəkildə həlak olmuşdular. Məhz buna görə də, ölkə rəhbərliyi əhalini hava şəraitinin pisləşməsi ilə bağlı xəbərdar etmək məqsədilə bütün qabaqlayıcı tədbirləri görüb.

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …