Ana səhifə / Cəmiyyət / Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır

Rus bölməsi üzrə şagirdlərin sayı Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində təhsil alan ümumi şagird sayının 17 faizini təşkil edir.

Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrindən 141-də tədris Azərbaycan dili ilə yanaşı rus dilində aparılır.

“Rus bölməsində təhsil alan şagirdlərdən 291 nəfəri xarici vətəndaşdır. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində digər əcnəbi dillər sadəcə olaraq, əsas və II xarici dil kimi tədris edilir. Əsas xarici dil kimi ingilis, rus, alman və fransız dilləri I-XI siniflərdə, II xarici dil kimi isə ingilis, fransız, alman, rus, fars, ərəb və yapon dilləri V-X siniflərdə tədris edilir. Eyni zamanda, BŞTİ-nin tabeliyində olan 34 məktəbdə “Rus dilinin intensiv tədrisi” layihəsi (yəni həmin məktəblərdə əsas xarici dillə yanaşı, I-IX siniflərdə II xarici dil kimi rus dili tədris edilir) həyata keçirilir” – nazirliyin məlumatına qeyd edilib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …