Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Bakıda qadın müəllimələr saçyolduya çıxdılar

Bakıda qadın müəllimələr saçyolduya çıxdılar

Bakının elit kollecində müəllimlər arasında əlbəyaxa dava olub.

Baku.ws xəbər verir ki, hadisə ötən gün saat 15 radələrində Bakının Nizami rayonu, M.Əliyev küçəsi 17 ünvanda yerləşən “British school College”-də işləyən müəllimələr – 1986-cı il təvəllüdlü Aidə Qiryət qızı Əsədova ilə Amerika vətəndaşı Coandra Hollis Conu arasında münaqişə baş verib.

Münaqişə qadınların əlbəyaxa davasına çevrilib. Dava zamanı hər iki müəllim xəsarət alıb.

Baş verən dava barədə Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinə məlumat daxil olub.

Faktla bağlı polisin istintaq şöbəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …