Ana səhifə / Cəmiyyət / Bakıda psixoloqu, loqopedi və pediatrı olan ilk uşaq bağçası… – VİDEOREPORTAJ, FOTOLAR

Bakıda psixoloqu, loqopedi və pediatrı olan ilk uşaq bağçası… – VİDEOREPORTAJ, FOTOLAR

Hər bir uşağın inkişafında, cəmiyyətə, sosial həyata adaptasiyasında məktəbəqədər təhsil mühüm rol oynayır. Bu mənada valideynlər uşaq bağçası seçərkən övladları üçün ən yaxşısını istəyirlər. Biz də uşaq bağçalarındakı vəziyyəti, təqdim olunan xidmətləri, təhsil və tərbiyənin keyfiyyətini öyrənmək üçün özəl uşaq bağçalarından birinə baş çəkdik.

Xətai rayonunda, Məhəmməd Hadi küç. 332ünvanında yerləşən “Addım A” uşaq bağçasının rəhbərliyi bizi bu özəl məktəbəqədər təhsil müəssisi ilə tanış edərək bildirdi ki, onların əsas məqsədi uşaqların fiziki və psixoloji, həmçinin həyatı bacarıqlarının inkişafını təmin edəcək tədris proqramlarını tətbiq etməklə, sağlam və intellektual nəsil yetişdirməkdir. Bu məqsədlə  bağçada dövlət proqramı ilə yanaşı, şahmat dərsləri, hovuz saatı, nağıl terapiyası, montessori təlimi, ebru sənəti keçirilir,  psixoloq xidməti, loqoped xidməti, tibbi xidmət və sair də təqdim olunur. Uşaqlar vaxtaşırı təmiz havaya, bağçanın həyətinə çıxarılır, həmçinin gəzməli yerlərə ekskursiyalara aparılır. 120 nəfərlik bağçada hazırda 70-ə yaxın uşaq var. Bağça həftəiçi 5 gün , saat 08:00-dan 19:00-a kimi fəaliyyət göstərir.

Digər bağçalardan fərqli olaraq, “Addım A” uşaq bağçasında hər gün bağçaya gələn uşaqlar həkim-pediatr tərəfindən tibbi baxışdan keçir. Bundan başqa,  mərkəzi havalandırma sisteminin olması da, dərs və yataq otaqlarından uşaqların daha sağlam nəfəs almasına şərait yaradır, xəstəliklərin yayılmasının qarşısını alır.

Bağçada hovuzun olması əlavə bir üstünlükdür ki, valideynlər seçim edərkən, həftədə 2-3 dəfə uşaqlar üçün hovuz saatı keçirilməsini də nəzərə alırlar.

Bağçada şahmat dərslərində müəyyən uğurlar da əldə olunur, 4-5 yaşlı uşaqlar şahmatı böyük həvəslə mənimsəyirlər. Bunun nəticəsi olaraq, mayın 8-də Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən bağçalararası  şahmat yarışında “Addım A” uşaq bağçası qalib gəlib. Qaliblərə və iştirakçılara diplom və hədiyyələr verilib. Bu da uşaqların zehni inkişafı üçün əlavə stimul yaradır.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Nərgiz LİFTİYEVA,Musavat.com

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …