Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Bakıda parklanma qaydaları dəyişir – VİDEO

Bakıda parklanma qaydaları dəyişir – VİDEO

Paytaxt yollarında dayanma-durma qaydalarını pozan avtonəqliyyat vasitələri qeydə alınır.

İnzibati xəta törədən sürücülər barədə elektron protokollar tərtib ediləcək.

Yol-nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirib ki, qanunvericilikdəki bəzi müddəalar kobud şəkildə pozulur. Yəni sürücülər nəqliyyat vasitələrini səkilərin üzərində saxlayırlar:

“Maarifləndirmə işlərinə baxmayaraq, bu proses hələ də davam edir. Sürücü avtomobilini səkidə saxladığı halda, ona inzibati cərimə tətbiq edilərsə, növbəti dəfə bu hadisəyə yol verməz. Bəzən sürücülər bəhanə edir ki, ticarət yerlərinin qarşısında parklanma olmadığı üçün maşını saxlaya bilmirlər. Əgər ticarət obyektinin yanında maşını saxlamağa yer yoxdursa, yaxın ərazidə avtomobili park etməyə yer tapmalıdır”.

Qeyd edək ki, hazırda Qanunsuz Parklanmaya Nəzarət Kameraları sisteminin fəaliyyəti daha da təkmilləşdirilib. Sistem vasitəsilə yollara nəzarət gücləndirilib. Həmin kameralar vasitəsilə yollarda dayanma-durma qaydalarını pozan avtonəqliyyat vasitələri müəyyən edilir.

Baku TV məsələ barədə hazırladığı geniş reportajı təqdim edirik:

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …