Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Bakıda oğlanlar məktəbli qızların soyunub-geyinmə otağına girdilər – VİDEO

Bakıda oğlanlar məktəbli qızların soyunub-geyinmə otağına girdilər – VİDEO

Bakıda gənc oğlanlar məktəbdə qızların geyim otaqlarına daxil olub, oğurluq ediblər.

Azinforum.az mətbuat.az-a istinadən bildirir ki, hadisə Xətai rayonu 261 saylı orta məktəbdə qeydə alınıb. Məktəbə daxil olan iki gənc oğlan otaqları gəzərək, oğurluq etmək istəyib. Qız uşaqlarının geyim otağını boş görən oğrular şagirdlərdən birinin mobil telefonunu oğurlayıblar.

Polisin araşdırması zamanı məlum olub ki, həmin gənclər bundan əvvəl başqa məktəblərə də daxil olaraq, bu şəkildə oğurluq ediblər.

Məktəbin direktor köməkçisinin hadisə ilə bağlı valideynlərə göndərdiyi səs yazısını təqdim edirik:

Qeyd edək ki, hadisə ilə bağlı məktəb rəhbərliyi ilə əlaqə saxladıq. Məktəbin direktoru bildirdi ki, məsələ araşdırıldıqdan sonra məlumat veriləcək.

Məsələ diqqətimizdədir…

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …