Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Cəmiyyət / Bakıda maraqlı iftar süfrəsi – bina sakinləri həyətdə toplaşdı (FOTOLAR)

Bakıda maraqlı iftar süfrəsi – bina sakinləri həyətdə toplaşdı (FOTOLAR)

Xəbər verdiyimiz kimi, M. Hadi küçəsi 93 və 99 binalarının arasındakı sahədə ağacların kəsilməsinə etiraz edən sakinlər bu məsələni ictimailəşdirdikdən sonra həmin ərazi hər kəsin diqqətini cəlb edib.

Belə ki, əraziyə baş çəkən aidiyyatı qurumlar burada qanunsuz tikintini dayandırdıqdan sonra sakinlərə bu ərazidə ancaq park salınacağını bildiriblər. Bundan sonra sakinlər ağaclar və güllər əkərək ərazidə bərpa işləri aparıblar. 

Bu gün də sakinlər bu qanunsuzluğun qarşısı alındığı üçün aidiyyatı qurumlara öz təşəkkürlərini bildiriblər.

Daha sonra Ramazan ayı münasibəti ilə bina sakinləri ərazidə iftar süfrəsi qurub. Musavat.com

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …