Ana səhifə / Cəmiyyət / Bakıda küçəyə çıxma qadağasını pozanlar polisi görüb evə qaçdılar — VİDEO

Bakıda küçəyə çıxma qadağasını pozanlar polisi görüb evə qaçdılar — VİDEO

Bakıda karantin qaydalarını pozub küçəyə çıxanlar görüntüsü yayılıb. 

Küçəyə çıxma qadağasını pozanlar PPX əməkdaşlarını görən kimi evlərinə qaçışıb. 

Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub. 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.

Qeyd olunan şəhərlər və rayonun ərazisində fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. (Baku.ws)

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …