Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Cəmiyyət / Bakıda koronavirusa görə orta məktəb bağlandı? – Açıqlama

Bakıda koronavirusa görə orta məktəb bağlandı? – Açıqlama

Oktyabrın 5-i, günorta saatlarında sosial şəbəkələr və bir sıra KİV-lərdə Bakıda fəaliyyət göstərən 162 saylı orta məktəbin bağlanması haqda məlumat yayılıb. Bildirilib ki, məktəbdə koronavirusa kütləvi yoluxma faktları aşkar olunub.

Bakı şəhəri üzrə Təhsil idarəsindən redaksiyamıza məktəbin bağlanması haqda məlumatın yanlış olduğunu bildiriblər. Bununla yanaşı qeyd olunub ki, məktəbin 8-ci sinif şagirdləri arasında həqiqətən yoluxma faktları aşkar edilib. Koronavirus üç şagirddə qeydə alınıb.

Bununla əlaqədar bütün sinif müvəqqəti olaraq onlayn təhsilə keçirilib. Məktəb isə adi rejimdə işini davam edir. Təhsil İdarəsindən həmçinin qeyd ediblər ki, hazırda paytaxt məktəblərdə əməkdaşların 90%-i peyvənd olunub. Vurğulanıb ki, təhsil müəssisəsində karantin qaydaları ciddi şəkildə əməl olunur. /virtualaz.org

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …