Ana səhifə / Cəmiyyət / Bakıda köhnə avtomobillərlə bağlı yeni məhdudiyyətlər… (VİDEO)

Bakıda köhnə avtomobillərlə bağlı yeni məhdudiyyətlər… (VİDEO)

Bakıda atmosferdə dəm qazının miqdarı normadan 1,6-2 dəfə artıqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı açıqlama yayıb.
Bildirilib ki, son günlər havada dəm qazının miqdarının çox olması, adətən nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması ilə əlaqədardir.

Ekoloq Rauf Sultanov “Xəzər Xəbər”ə deyib ki, Bakı şəhərində havanın tərkibində karbon oksidinin çox olmasının əsas səbəbi nəqliyyat vasitələrinin buraxdığı qazlardır.
Bəs havadakı dəm qazının miqdarını azaltmaq üçün nə etmək lazımdır?
Rauf Sultanov hesab edir ki, Bakıda köhnə avtomobillərin və ağırtonnajlı yük maşınlarının istismarına məhdudiyyət qoyulmalıdır.
Həkimlər isə xəbərdarlıq edirlər ki, atmosferdə dəm qazının miqdarının normadan artıq olması ağciyər xəstəliklərinə yola açan başlıca amildir.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …