Ana səhifə / Cəmiyyət / Bakıda həkim öz dostunun həyat yoldaşını zorlayıb –  Sabunçu prokurorluğu isə işi xitama göndərib

Bakıda həkim öz dostunun həyat yoldaşını zorlayıb –  Sabunçu prokurorluğu isə işi xitama göndərib

Ankara Klinikasının uşaq həkimi Elşən Tağıyev Lalə Umudovanı (ad şərtidir) aldadaraq, «Fidan» Şadlıq evində zorla cinsi əlaqəyə məcbur edib

Bakıda zorlama hadisəsi baş verib. JAM.AZ xəbər verir ki, bu ilin 14 oktyabrında baş vermiş hadisəni törədən şəxs Ankara klinikasının həkimi olub. Və işin faciəvi tərəfi odur ki, zorlanan elə həkimin dostunun həyat yoldaşı olub.

Apardığımız araşdırma zamanı məlum olub ki, Ankara Klinikasının həkimi Elşən Tağıyev dostunun həyat yoldaşı Lalə Umudovanı (ad şərtidir) aldadaraq, cinsi əlaqəyə məcbur edib. Lalə Umudova bununla bağlı MTN-ə müraciət edərək bildirib ki, 2010-cu ildə qızı dünyaya gəlib və həmin vaxtdan ərinin dostu olaraq tanıdığı həkim-pediatr işləyən Elşən Tağıyevə müraciət edib. Elşən Tağıyev uşaq həkimi olaraq balaca körpəni müalicə edib, hətta bir dəfə ölümdən qaytarıb.

Lalə Umudova yazır ki, Elşən Tağıyevin yanına mütəmadi olaraq oğlu və qızını apararaq, onları müayinə etdirirmiş. Lakin günlərin birində həkim ona müxtəlif komplimetlər deyərək, uşaqlarına görə narahat olmamasını deməyə başlayır. «Uşaqları saxlayarkən yorulduğum üçün ərimlə bəzən narazılıqlar yaranırdı. Bir dəfə küsərək anam gilə gedərkən Elşən Tağıyevə uşaqların müalicəsinin hansı şəkildə davam etdiriləcəyi ilə bağlı SMS yazdım. O da mənə müalicənin hansı şəkildə aparılacağı barədə tövsiyyələrini verdi. Ardından da mənə evdə yaranmış söz-söhbətə görə, görüşə çağırdı və bu barədə söhbət etmək istədiyini bildirdi».

Zorlanan qadın qeyd edir ki, 14 oktyabr 2015-cü il tarixdə, saat 17:30 radələrində Elşən Tağıyev onu Qara Qarayev metrosunun yanında görüşə çağırıb, çay içmək istədiyini bildirib. «Onunla görüşdükdən sonra Bakıxanov qəsəbəsində yerləşən «Fidan» Şadlıq Sarayına getdik. Və orada mənim iradəmə əks olaraq zorla cinsi əlaqədə olduö. Daha sonra isə bildirdi ki, mənimlə ailə həyatı quracaq. Bu hadisədən sonra isə ərimlə münasibətlərim tam pozuldu və həyat yoldaşımdan ayrılmalı oldum».

Məsələ ilə bağlı MTN-ə edilən şikayətin araşdırılması məqsədi ilə Sabunçu rayon Prokurorluğuna göndərilib. JAM.AZ xəbər verir ki, bu ilin 3 dekabrında işi araşdıran kiçik ədliyyə müşaviri Əsvər Cəfərov materialı nəzərdən keçirdikdən sonra onun təmin edilməməsi barədə qərar çıxarıb.

Prokuror Əsvət Cəfərovun bu qərarı nəyə əsaslandığını müəyyənləşdirmək bir qədər çətin olsa da, onun nəzərdən qaçırdığı çox ciddi mətləblərin olduğu gün kimi aydındır. JAM.AZ-ın araşdırmaları zamanı bəlli olub ki, Elşən Tağıyevin Lalə Umudovaya yazdığı SMS-lər ümumiyyətlə araşdırılmayıb və nəzərə alınmayıb.

Digər tərəfdən, «Fidan» Şadlıq Evinin adının bütün Bakıda məşhur olduğu halda, Elşən Tağıyevin L.Umudovanı məhz ora aparması məsələsi də kifayət qədər müəmmalıdır. Çünki həmin şadlıq evinin adı dəfələrlə əxlaqsızlıq yuvası statusuna qarışıb.

Mövzu ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın