Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Bakıda gənc icarəyə götürdüyü maşınla aləmi bir-birinə vurdu – VİDEO

Bakıda gənc icarəyə götürdüyü maşınla aləmi bir-birinə vurdu – VİDEO

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Azinforum.az
-ın ona.az-a istinadla xəbər verir ki, Vüsal Məmmədov icarəyə götürdüyü 90-EE-033 dövlət qeydiyyatı nişanlı “Kia” markalı avtomobillə 4-cü mikrorayon, M.C.Paşayev küçəsində yüksək sürətlə hərəkət edib. 

Sürücü idarəetməni itirərək yolu keçən 1985-ci il təvəllüdlü Həsənova Əlvanə Şövkət qızını vurub. Yaralı  xəstəxanaya yerləşdirilib.

Piyadanı vuran  V.Məmmədov avtomobil ilə ərazidən qaçmaq istəyərkən yol kənarında hərəkətsiz vəziyyətdə dayanan iki nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücü saxlanılıb.

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …